• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya

8 Noyabr - Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Siyasət

31-10-2023, 17:43

8 Noyabr - Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür2020-ci ilin 27 sentyabrında başlanan zəfər yürüşü ilə Azərbaycan tarixində ikinci Qarabağ müharibəsi kimi yaddaşlarda qalan və 10 noyabr tarixində şanlı qalibiyyətlə bitən Vətən müharibəmiz hər bir azərbaycanlının, hər bir türkün qəlbində kök salmış durmadan qanayan Qarabağ acısına bir dərman oldu. Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Milli Ordumuz tərəfindən aparılan müharibənin uğurlu nəticəsi olaraq 2020-ci il ölkəmizin tarixinə qələbə ili kimi qeyd edildi. Azərbaycan yenidən öz tarixi torpaqlarına qovuşdu. Artıq 8 noyabr - xalqımız üçün Zəfər Bayramıdır, Qələbə günüdür. Dövlətçilik tariximizi şərəfləndirən bayram günlərilə zəngin noyabr ayı indi bizim üçün daha da əlamətdardır. Çünki Prezident İlham Əliyevin digər sərəncamı ilə hər il noyabrın 8-i respublikamızda Zəfər Günü kimi təntənəli şəkildə qeyd ediləcək. Bununla da Azərbaycan Respublikasının dövlət bayramlarının sırasına biri də əlavə olundu.
Sentyabr ayının 27-dən başlanan Vətən müharibəsinin hərbi əməliyyatlar dövrü məhz bu tarixdə başa çatdı.
Bugünlərdə harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlıda böyük qürur və fərəh hissi var. 30 ilə yaxın müddətdə səbr göstərən xalqımız nəhayət qələbəyə çatdı. Noyabrın 10-u ölkəmiz üçün tarixi bir gün oldu. Noyabrın 8-də Qarabağın döyünən ürəyi Şuşamız, onun ardınca 9 noyabr- Dövlət Bayrağı Günündə 71 yaşayış məntəqəsi, 1 qəsəbə, 8 strateji yüksəklik işğaldan azad edildi.
Bu qələbə bütövlükdə Azərbaycan xalqının yenidən dünyaya gəlişi, günəş kimi yenidən doğulması tarixidir. Biz bu şanlı tarixə 44 günlük səbr, dəyanət, cəsarət və qətiyyətlə nail olduq. Əslində biz müharibəni elə ilk gündən qazandıq: Şəhidlərimizin canı, qanı bahasına, xalqımızın iradəsi, xalq-ordu birliyi sayəsində.
44 günlük zaman kəsiyi bizə həm də qəhrəman oğullarımızı, ürəyinə daş basıb öz oğlunun tabutunu çiynində daşıyan ananı, əli qolu olmaya-olmaya “mən Vətən üçün heç nə etmədim” deyən əsgəri tanıtdı. Bu günlər ərzində öz oğlu məzarında “Xocalı qisası almısan. Buna görə ağlamıram” deyən ananı, canından keçməyə hazır cəbhəyə könüllü yazılan qadınları, eyni səngərdə döyüşən ata-oğulları, bir gözünün itirsə də “bir göz nədirki?! Canım bu vətənə qurban” deyən yaralı qaziləri də gördük. Hələ, son nəfəsində sinəsindəki bayrağını oğluna əmanət qoyan şəhid kapitanları, 10-a yaxın erməni hərbiçisi ilə təkbaşına əlbəyaxa döyüşə girərək bir palkovnik və generalı əlləri ilə boğaraq öldürən oğulu, məğrur duruşu ilə bütün ölkənin sevimlisinə çevrilən topçunu demirəm. Onların hər biri xalqımızın yaddaşına silinməz mürəkkəblə həkk olundu. Biz onların hər birinə minnətdarıq. Onlara deyiləcək tək bir söz var: Vətən Sizi unutmayacaq...
Torpağa məhəbbət mübarək hissdir. Biz müharibə dövründəki birliyimizlə bir daha bütün dünyaya sübut etdik ki, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz.
Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun qəhrəmanlığı sayəsində Vətən savaşı qələbə ilə başa çatdı. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd ediləcək. Xalqımızın əzmi və iradəsi, güclü ordunun yaradılması və milli həmrəylik Vətən müharibəsindəki qələbəni təmin edən mühüm amillər oldu. Azəraycan şanlı qəhrəmanlıq salnaməsi yazaraq, qalib xalq olduğumuzu bütün dünyaya sübut edib tarixi zəfəri qazandı. Prezident İlham Əliyevin sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabr ayının 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd ediləcək. Bu sərəncam bütün ölkə ictimaiyyəti tərəfindən böyük razılıqla qarşılandı. Bununla da Azərbaycanda qeyd olunan əlamətdar tarixlərin sırasına bir dövlət bayramı da əlavə olundu. Bu bayramı xalqımız səbirsizliklə gözləyirdi. Ona görə 8 Noyabr Zəfər Günü xalqımızın ən müqəddəs və gözəl bayramlarından biri kimi hər zaman qürurla, iftixarla qeyd ediləcək.
Bu, Azərbaycan xalqının milli qürurunun təntənəsinə çevrilən Qələbə kimi tariximizə həkk olundu. İlham Əliyev sərkərdə qətiyyəti və siyasi müdrikliklə Ermənistanı diz çökməyə məcbur etdi.
Azərbaycan ziyalısı olaraq hər birimiz fəxr edir və sözlə ifadə edilməsi mümkün olmayan sonsuz qürur hissi keçiririk ki, 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın möhtəşəm Qələbəsi ilə başa çatdı. Şanlı Qələbəmiz 30 illik həsrətə, nisgilə, sıxıntılara son qoydu. Xalqımız bu Qələbəni böyük coşqu, sonsuz sevinclə qeyd edir. Müstəqilliyimizin, suverenliyimizin, milli mənliyimizin, milli qürurumuzun, milli kimliyimizin rəmzi olan üçrəngli bayrağımız işğaldan azad olunan torpaqlarımızda dalğalandıqca başımızı dik tutur, hər zaman böyük inamla bəyan etdiyimiz “Biz tarixi torpaqlarımıza qayıdacağıq” çağırışının reallıqda öz əksini tapmasından qürur duyuruq. Bu tarixi Qələbənin əldə olunmasında milli birliyimizin, həmrəyliyimizin rolu xüsusi qeyd olunur. 44 günlük müharibə bir daha göstərdi ki, xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir. Hamını birləşdirən Vətən müharibəsi milli birliyin əyani təzahürüdür.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış Zəfər Azərbaycan xalqına təcavüzkar Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının düşməndən azad edilməsinə, ərazi bütövlüyünün təmininə nail olmaq şansı qazandırmışdır. İlham Əliyevin əldə etdiyi Zəfərlə Ermənistan tərəfinin uydurduğu böyük Ermənistan mifi darmadağın edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 noyabr 2020-ci ildə Şuşanın alınması günündə və əslində Vətən müharibəsində qələbəmizin təmin edildiyi vaxtda Fəxri xiyabana gedərək xalqımızın Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin məzarını və abidəsini dərin ehtiramla ziyarət etməsi qırx dörd günlük müharibə dövrünün ən təsirli və unudulmaz tarixi hadisələrindən biridir. Bu ibrətamiz hadisə ilə Prezident İlham Əliyev 30 il davam etmiş Dağlıq Qarabağ münaqişəsinin həllində Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və vəsiyyət etdiyi tarixi bir missiyanın uğurla başa çatdırılmasının şərəfli bir hesabatını vermişdir. Dövlətçilik baxımından son dərəcə əhəmiyyətli olan bu mühüm hadisə siyasi varislik cəhətdən də mühüm əhəmiyyətə malikdir.
Prezident İlham Əliyevin sərəncamı ilə təsis edilmiş 8 noyabr Zəfər Günü çoxəsrlik Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış parlaq hadisədir. Bu, Ali Baş Komandan İlham Əliyevin, xalqımızın və rəşadətli Ordumuzun qazandığı böyük tarixi Zəfərdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qalib ölkə kimi birlikdə keçirdiyi Zəfər paradı qəhrəmanlıq salnaməmizin nadir tarixi hadisəsidir.
8 Noyabr Zəfər Günü Azərbaycanın çoxyüzillik tarixinin şanlı səhifəsini təşkil edir. Vətən müharibəsi və onun qələbə ilə başa çatması müasir Azərbaycan dövlətinin həyatının ən parlaq anları kimi, tariximizin bundan sonrakı dönəmlərində daim xüsusi qürur və iftixar hissi ilə xatırlanacaq. Çünki bu, millətin ümid, inam, qürur anları idi. Bu, ölkəmizin yeni tarixinin başlanğıcı, yeni inkişaf üfüqlərinin açılması məqamıdır. Bu zəfər xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi oldu, tarixə milli qürurumuzun təntənəsi kimi yazıldı. 44 gün davam edən döyüşlər və qazanılan möhtəşəm qələbə Prezident İlham Əliyevin yenilməz qətiyyətinin, Ali Baş Komandanı olduğu Ordumuzun qüdrətinin və xalqımızın milli birliyinin təntənəsi oldu. Vətən torpaqlarının azadlığı uğrunda 44 gün davam edən bu savaş milli həmrəyliyimizin rəmzinə çevrildi, tariximizə qürur mənbəyimiz kimi həkk olundu. Möhtəşəm zəfər tariximizi, dövlətçilik irsimizi daha da şərəfləndirdi. Bu qələbə dövlətimizin qüdrətini bütün dünyaya nümayiş etdirdi. Xalqımız öz haqqı uğrunda mübarizə aparmaq əzmini nümayiş etdirdi, məğlubiyyət damğasını üzərindən götürdü. Bu savaşın nəticəsində dünya bizi həm də qalib xalq kimi tanıdı. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan və Böyük Qələbə ilə başa çatan Vətən müharibəsində xalqımızın və ordumuzun zəfər salnaməsi yazıldı.
Böyük Zəfər Günü – gələcək daha böyük zəfərlərin bələdçisi və təminatçısıdır. Ali Baş Komandan İlham Əliyevin və qəhrəman Azərbaycan Ordusunun qazandığı Böyük Zəfər Günü ölkəmizə, regiona və dünyaya daha böyük zəfərlər vəd edir. 44 günün ən şərəfli qələbəsi qeyrət qalamız Şuşanın ermənilərdən geri alınması ilə yaddaşlarda qalacaq. Şuşa qələbəsindən sonra düşmənin təslimçilik bəyannaməsinə qol çəkməsi isə qələbələrimizin ən möhtəşəmi oldu. İndi biz möhtərəm prezidentimizin qətiyyəti sayəsində qələbə sevincini yaşayırıq. Bu qələbəni bizə nəsib eliyən ali baş komandanımıza, əsgərlərimizə təşəkkürümüzü bildiririk. Azadlığımız,ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərimizə Uca Tanrıdan rəhmət diləyirik!
Qoy Vətənimizdə daim sülh, firavanlıq və təhlükəsizlik hökm sürsün!
Zəfərin mübarək Azərbaycan!


Kərim Tahirov
Azərbaycan Milli Kitabxanasının direktoru,
Azərbaycanın əməkdar mədəniyyət işçisi.

Paylaş:
Digər xəbərlər

Sosial

8-11-2022, 18:20

Müdafiə naziri 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxs ...

Siyasət

8-11-2022, 18:12

Zəfərin qazanılmasında İlham Əliyev amili – ŞƏRH

Hadisə
Qazaxıstanın Nəqliyyat Nazirliyi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir
Bakıda evdə yanğın olub, mənzil sahibinin meyiti aşkarlanıb
Bakıda silahlı İNSİDENT: Ölən və yaralanan VAR
SON DƏQİQƏ: Türkiyəyə məxsus neft tankeri DRONLA VURULDU
Sumqayıt şəhərində tonqalda baş berən partlayış zamanı xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-3
TƏCİLİ! Xəzər dənizindəki İran gəmiləri vuruldu
Cəmiyyət
6-05-2026, 11:00
Bu gündən uşaqların I sinfə qəbulu başlayır
1-05-2026, 16:27
"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq
19-04-2026, 14:40
Sabah Bakıya yağış, bəzi rayonlara qar yağacaq, dolu düşəcək
18-04-2026, 09:45
Bu gündən Kürdəmir dəmiryol stansiyası istifadəyə verilib
16-04-2026, 09:09
Bu gün Maştağa və Ramanada işıq kəsiləcək
15-04-2026, 09:33
Xəzər dənizində zəlzələ olub
Son xəbərlər
  • Bu gün, 10:35
    Dövlət və hökumət rəsmiləri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
  • Bu gün, 10:33
    Ombudsman: Ulu Öndər Heydər Əliyevin hüquq siyasətində insan amili daim mərkəzdə dayanıb
  • Bu gün, 09:21
    İlham Əliyev: Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı
  • Bu gün, 09:16
    Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır
  • Bu gün, 09:13
    Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
  • Dünən, 11:45
    Yol polisi qeyri-iş günləri ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
  • Dünən, 11:44
    Kiyevdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib
  • Dünən, 11:42
    Hərbi Prokurorluq Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan tədbir keçirib
  • Dünən, 11:40
    Mehriban Əliyeva faşizm üzərində qələbənin ildönümü münasibətilə paylaşım edib
  • Dünən, 11:37
    Bu gün faşizm üzərində qələbənin ildönümüdür
  • 8-05-2026, 10:53
    Azərbaycan və Çili arasında siyasi məsləhətləşmələr aparılıb
  • 8-05-2026, 10:51
    Kamran Əliyev: Dünyada və regionda baş verən proseslər narahatlıq doğurur
  • 8-05-2026, 10:50
    Şahin Bağırov: "Gömrük orqanlarında müasir texnoloji nailiyyətlərdən istifadə istiqamətində addımlar atılır"
  • 8-05-2026, 10:49
    Şəhid ailələri Türkiyənin Çanaqqala şəhərini ziyarət edib
  • 8-05-2026, 10:47
    Azərbaycan ilə Malayziya arasında daha dərin əməkdaşlıq imkanları araşdırılır
  • 8-05-2026, 10:46
    Azərbaycan-Tacikistan münasibətlərinin cari vəziyyəti müzakirə olunub
  • 8-05-2026, 10:45
    "Xatəm əl-Ənbiya": ABŞ bilməlidir ki, İran istənilən hücuma sarsıdıcı cavab verəcək
  • 7-05-2026, 16:04
    Vilayət Eyvazov İmişlidə vətəndaş qəbulu və sıra baxışı keçirib
  • 7-05-2026, 16:02
    Azərbaycan və Monqolostan Baş prokurorluqları arasında anlaşma memorandumu imzalanıb
  • 7-05-2026, 11:13
    Yusif Abdullayev: "Azərbaycan IsDB Qrupunun bir sıra təşəbbüslərinə cəlb olunub"
  • 7-05-2026, 11:13
    Balakən kanat yolunun inşasına başlanılıb
  • 7-05-2026, 11:12
    ICIEC: Azərbaycanda investisiya və tərəfdaşlıq üçün perspektivli mühit var
  • 7-05-2026, 11:11
    Azərbaycan və Almaniya nəqliyyat sahəsində əməkdaşlığı genişləndirir
  • 7-05-2026, 11:11
    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana alüminium və taxıl göndərilib
  • 7-05-2026, 11:10
    Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir
  • 7-05-2026, 11:09
    İran Hörmüz boğazındakı gəmilərin kapitanlarına müraciət edib
  • 7-05-2026, 11:09
    İran Yaxın Şərqdə ABŞ-nin təxminən 230 hərbi obyektinə və texnikasına zərbə endirib
  • 6-05-2026, 11:28
    Azərbaycan Moldovanın üzümçülük və şərabçılıq sahəsində təcrübəsində maraqlıdır
  • 6-05-2026, 11:09
    Muxtar Babayev: "Müxtəlif regionlardakı münaqişələr ətraf mühitə əlavə təzyiq yaradır"
  • 6-05-2026, 11:08
    Van İ Pekində Abbas Əraqçi ilə regiondakı vəziyyəti müzakirə edib
  • 6-05-2026, 11:07
    Azərbaycan BMT-də miqrasiya üzrə İsveçlə birgə bəyanat təqdim edəcək
  • 6-05-2026, 11:07
    ABŞ Peşəvərdəki Baş konsulluğunu tədricən bağlayacaq
  • 6-05-2026, 11:02
    Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə və taxıl göndəriləcək
  • 6-05-2026, 11:01
    Azər Bayramov: "Kənd təsərrüfatında əsas prioritet emal prosesidir"
  • 6-05-2026, 11:00
    Bu gündən uşaqların I sinfə qəbulu başlayır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Amil Əliyev
  • Tel: (+99450) 227 24 22
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
Müəllif hüquqları qorunur. Memur.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Yükləmə gedir gözləyin...