Yarım milyon manatı mənimsəyən direktor yenidən hakim qarşısında

sosial sebeke

Yarım milyon manatı mənimsəyən direktor yenidən hakim qarşısındaBakıda külli miqdarda mənimsəmədə təqsirləndirilən sahibkar Tural Heydərlinin barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahim İbrahimlinin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası oktyabrın 4-nə təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, mağaza direktoru Tural Sahib oğlu Heydərli barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan olunub. O, 551 min 135 manat mənimsəmədə təqsirli bilinir.

SON XƏBƏRLƏR