Nizamnamə kapitalı 271 milyon manat olan dövlət şirkətinə yeni direktor təyin edilib
11-09-2023, 14:04 254
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus “7 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin direktoru Eldar Məmmədov vəzifəsindən azad edilib.
“Report”un əldə etdiyi məlumata görə, şirkətə rəhbərlik Məhəmməd Musayevə həvalə olunub. Xatırladaq ki, “7 №-li Xüsusi Təyinatlı Yol İstismarı” şirkəti 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 271,1 milyon manatdır.