Nizamnamə kapitalı 271 milyon manat olan dövlət şirkətinə yeni direktor təyin edilib
11-09-2023, 14:04
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus “7 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin direktoru Eldar Məmmədov vəzifəsindən azad edilib.
“Report”un əldə etdiyi məlumata görə, şirkətə rəhbərlik Məhəmməd Musayevə həvalə olunub.
Xatırladaq ki, “7 №-li Xüsusi Təyinatlı Yol İstismarı” şirkəti 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 271,1 milyon manatdır.
Mənbə: https://memurtv.az/siyaset/11920-nizamname-kapitali-271-milyon-manat-olan-dovlet-shirketine-yeni-direktor-teyin-edilib.html