İslamçılar blok şəklində seçkiyə qoşula bilərlər » Memur.az

İslamçılar blok şəklində seçkiyə qoşula bilərlər

İslamçılar blok şəklində seçkiyə qoşula bilərlər

Yeni həbsdən çıxmış Taleh Bağırovun rəhbərliyi altında

Qarşıdan gələn parlament seçkiləri ilə əlaqədar müzakirələr intensivləşməyə başlayıb. Artıq ayrı-ayrı siyasi dairələr namizədlərini müəyyənləşdirərək, seçki siyahılarını açıqlamağa başlayıblar. Ötən günlərdə «125-lər» Klubu dairələr üzrə namizədlərinin adını açıqlayıb.

JAM.AZ xəbər verir ki, sentyabrın əvvəlinə qədər daha bir blok seçkilərə qatılmaqla bağlı qərar verə bilər. Məlumata görə, söhbət siyasi səhnədə görünən və görünməyən islamçılardan gedir. Belə ki, Taleh Bağırovun azadlığa çıxmasından sonra aktivləşən müzakirələr fonunda gündəmə gələn əsas məsələ inanclı insanların bir blokda seçkilərə qatılmasından ibarət olub. Hacı Talehin verdiyi son açıqlamalarından da belə anlaşılır ki, o, siyasətdən kənarda qalmaq fikrində deyil və proseslərdə aktiv şəkildə iştirak edəcək. Onun ətrafında birləşə biləcək dindarların sayı isə az deyil. Belə olan təqdirdə, islamçıların vahid blokda seçkilərə qatılacağı istisna edilmir.

Bu blokda Azərbaycan İslam Partiyasının da təmsil olunub, olunmayacağı məlum deyil. Böyük ehtimalla Hacı Talehin tərəfarları Hacı Mövsümün namizədliyindən başqa, digərlərini qəbul etməyəcəklər. Bu, həm də AİP-in son dövrlər reputasiyasının pisləşməsi ilə bağlıdır.