• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya

Strateji əməkdaşlıq yolunun başlanğıcı - ŞƏRH

Siyasət

31-07-2023, 09:03

Strateji əməkdaşlıq yolunun başlanğıcı - ŞƏRH Prezident İlham Əliyevin Çinin “China Media Group” media koorporasiyasına müsahibəsində ikitərəfli əməkdaşlığın ruhu ilə bağlı müsbət tezislər səsləndirməsi Pekinin alternativ güc kimi böyüyüb qlobal miqyasda nəhəng təsir alətləri qazanması fonunda diqqət çəkir. İlham Əliyev müsahibədə dünyanın dəyişməkdə olan geosiyasi mənzərəsi fonunda Azərbaycan-Çin əlaqələri ilə bağlı sualı cavablandırarkən ikitərəfli münasibətləri əla səviyyədə xarakterizə edib. Əliyev bildirib: “Bu təhlil, bu ifadə ikitərəfli əlaqələrin geniş gündəliyini və əməkdaşlığın çox aydın perspektivlərini əhatə edir. Hesab edirəm ki, ikitərəfli əlaqələrdə əldə etdiyimiz nailiyyətlər çox uzun bir yolun başlanğıcıdır. Ümid edirəm ki, bu, strateji əməkdaşlıq yolunun başlanğıcıdır”.

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Nəzərə almaq lazımdır ki, Çin Rusiya-Ukrayna müharibəsi başlayana qədər iqtisadi güc kimi dünyaya meydan oxuyurdusa, indi strateji tarazlığı dəyişə biləcək siyasi izlər buraxır. Alternativ mərkəz olan Çin Səudiyyə Ərəbistanı və İran arasında vasitəçilik edərək onların barışığına nail olduqdan sonra, münaqişəli regionlar üzrə planlarını üzə çıxarmış oldu. Artıq Pekin Yaxın Şərq üzrə missiyasını prioritetləşdirərkən regional iştirakçılıq səviyyəsini ABŞ-nin sıxışdırılması ilə nəticələnən kodlara kökləyir. Buradan yarana biləcək məntiq deyir ki, Çin növbəti dəfə İsrail-Fələstin münaqişəsinin həlli ilə bağlı da səylər göstərə bilər. Bu fonda Pekinin artan rolu Cənubi Qafqazda yeni reallıqlar yaradan Azərbaycanın da diqqət mərkəzindədir. Çünki regionlardakı vəziyyət bir-birləri ilə bağlılığa malikdir.Azərbaycanın beynəlxalq nəqliyyat marşrutları üzərində yerləşməsi, Zəngəzur dəhlizi layihəsi ilə bağlı strategiyası yüksələn Çin üçün yeni cazibə mərkəzi yaradır, bu mənada Bakı-Pekin əməkdaşlığının perspektivləri üçün strateji yol xəritəsinin hazırlanması aktuallaşır. Yəni, Azərbaycanın icra etdiyi layihələr, logistika mərkəzinə çevrilməsi Çinin “Bir kəmər, bir yol” layihəsinin prioritetləri ilə üst-üstə düşərək, ona əlavə dəyər qatır. Amma Çinin siyasi nöqteyi-nəzərdən çəkisini qaldırdıqdan sonra Cənubi Qafqaz regionundakı maraqlarını tək iqtisadi əsaslara deyil, siyasi motivlərə də söykəyəcəyi qənaəti də formalaşır. Çin Cənubi Qafqazda artan maraqlarını Mərkəzi Asiya üzrə planları ilə əlaqələndirir, bu istiqamətdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) fonunda əhəmiyyəti artan Zəngəzur dəhlizi layihəsi Pekinə əlavə rıçaqlar verir. Çünki Orta Dəhliz-Çin supermagistralı Mərkəzi Asiya və Qafqazı canlı, azad və açıq qlobal iqtisadiyyata birləşdirərək qlobal təchizat zəncirlərində mühüm rol oynayacaq. Beləliklə, Çin özünü qlobal bazarlara bağlayan “Bir kəmər, bir yol” təşəbbüsünün içərisində Azərbaycanın strateji önəmini qavrayır və onun regionda sürətlə irəliləməsində maraqlı tərəf kimi çıxış edir. Çinin geniş iqtisadi-siyasi uğurları Azərbaycanla yanaşı, Türkiyənin, Avropa İttifaqının da maraqlarına uyğundur. Bu xüsusda Orta Dəhlizin strateji əhəmiyyəti daha qabarıq görünməkdədir. Təbii ki, Çinin postsovet məkanına genişlənən diqqəti, Mərkəzi Asiya və Cənubi Qafqaz arasında özünəməxsus körpü atması regionda ona rəqib olanların bədxah təsirlərini çoxalda bilər. Burada Çinin ürəyinə “xəncər saplamaq” istəyən əsas qüvvə ABŞ-dir, ancaq artıq Vaşinqtonun Pekinlə rəqabətdə Yaxın Şərqdəki aktivlərini riskə atması onu geriyə salır. Çin ABŞ-dən hərbi qüdrət nisbətində geridə qalır, üstəgəl o, beynəlxalq və regional nizamı qaydaya salacaq ideoloji bazasını təbliğ etmir. Bununla belə, Çin münaqişəli regionlarda moderatorluq iddiasını göstərdikcə, onun siyasi-ideoloji əsasları da təbliğ oluna bilər. Azərbaycan üçün Pekinin bu xüsusiyyəti regional təhlükəsizliyin təmini baxımından maraq kəsb edir.

Görünür ki, Pekinin iqtisadi inkişafını və siyasi nüfuzunu əngəlləyə biləcək “iflas ssenarisi” hədəfinə çatmayacaq və dünyanın əksər ölkələri Çin mərkəzli reallıqları qəbul edəcək. Gözlənilən perspektiv Azərbaycan üçün məqbuldur. Birincisi ona görə ki, Çinin qlobal səhnədəki rəqabət tonu regionlarda ambisiyalarını gerçəkləşdirmək istəyən digər aktorların enerjisini alır. İkincisi, Çinin regiondakı iştirakı Azərbaycanın iqtisadi layihələrini stimullaşdıran gücə sahibdir, yəqin ki, Bakı qeyd edilən iki məqamı vahid paket halında cəmləşdirərək Pekinin artan nüfuzundan yararlanmağa çalışacaq. Çinin bu məqamda Rusiya ilə “mehriban düşmən” münasibətlərinə də nəzər salmaq lazımdır, bu zamana qədər Cənubi Qafqazla bağlı vəziyyət fərqli idi. Belə ki, Çin Rusiyanın Cənubi Qafqazdakı maraqlarına zidd getməmək üçün ehtiyatlı davranırdı, amma indi Pekin Moskvanın Ukraynada üzləşdiyi çətinlikləri özünün kartına çevirərək ümumilikdə postsovet məkanına təsirlər edir. Bu, Rusiya ilə Çinin Cənubi Qafqazdakı dostluq münasibətləri qurmaq tendensiyasını şübhə altına ala bilər. Hərçənd ki, bu, Azərbaycan üçün elə də həyati əhəmiyyətli məsələ deyil. Ona görə ki, Çin orbiti artıq yaranıb və Avropa İttifaqı kimi güc də, Rusiya da həmin qövsün ətrafında dövrə vurmağa məcburdurlar. Hesab etmək olar ki, İlham Əliyevin müsahibəsindəki Çin vurğuları, geniş panoramadan baxdıqda, Azərbaycanın Çin mərkəzli nizamda fayda qazanması üçün ikitərəfli və çoxtərəfli əməkdaşlıq modelləri üzrə aktiv fəaliyyət göstərəcəyinə işarələr verir.

Paylaş:
Digər xəbərlər

Siyasət

11-04-2023, 14:49

Əliyev-Tokayev danışıqlarındakı ORTA XƏTT: Rusiya vəziyyəti mürəkkəbləşdirə ...

Dünya

16-03-2023, 15:44

Əliyev-Ərdoğan müzakirələrinin hərbi-siyasi alqoritmləri - ŞƏRH

Hadisə
Bakıda silahlı İNSİDENT: Ölən və yaralanan VAR
SON DƏQİQƏ: Türkiyəyə məxsus neft tankeri DRONLA VURULDU
Sumqayıt şəhərində tonqalda baş berən partlayış zamanı xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-3
TƏCİLİ! Xəzər dənizindəki İran gəmiləri vuruldu
ABŞ-nin “Cerald R. Ford” aviadaşıyıcısı yanğın səbəbindən Kritə qayıdır
İran dronu Əbu-Dabidəki neft emalı zavoduna zərbə endirdi
Cəmiyyət
Dünən, 19:04
Leysan Hökməli və Qobuda evlərə ciddi ziyan vurdu: sakinlər çarəsiz qalıb
25-03-2026, 08:04
Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
25-03-2026, 08:02
Paytaxtda 10 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
22-03-2026, 10:36
FHN vətəndaşları bayramla əlaqədar yanğın təhlükəsizliyinə riayət etməyə çağırıb
22-03-2026, 10:28
Ötən gün axtarışda olan 34 nəfər saxlanılıb
20-03-2026, 18:52
Azərbaycana yaz fəsli daxil olub
Son xəbərlər
  • Bu gün, 02:40
    28 mart təhlükəsizlik xidməti əməkdaşlarının peşə bayramıdır
  • Dünən, 19:04
    Leysan Hökməli və Qobuda evlərə ciddi ziyan vurdu: sakinlər çarəsiz qalıb
  • Dünən, 06:07
    Vasif Talıbovla bağlı ciddi dəyişiklik - Həbs edilir?
  • Dünən, 06:05
    Adil Əliyev yeni vəzifəyə təyin olundu
  • Dünən, 06:01
    Leyla Əliyeva: “Bu axı nə üçün gərəkdir mənə?!“
  • Dünən, 05:52
    Bakıda silahlı İNSİDENT: Ölən və yaralanan VAR
  • 26-03-2026, 16:21
    ƏHALİNİN NƏZƏRİNƏ: Azərbaycanda hərbi toplanış buna görədir
  • 26-03-2026, 16:09
    Sahibə Qafarova Boao Forumunda Azərbaycanın qlobal təşəbbüslərindən danışıb
  • 26-03-2026, 16:05
    İlham Əliyev banqladeşli həmkarını milli bayram münasibətilə təbrik edib
  • 26-03-2026, 09:47
    SON DƏQİQƏ: Türkiyəyə məxsus neft tankeri DRONLA VURULDU
  • 26-03-2026, 09:32
    Kamran Əliyev onu vəzifədən AZAD ETDİ
  • 26-03-2026, 09:27
    Siqaret qaçaqmalçılığı cinayəti - Kapitan həbsdə qaldı
  • 25-03-2026, 16:58
    Sahibə Qafarova: Azərbaycan-Çin münasibətləri dostluq, qarşılıqlı hörmət və dəstək üzərində qurulub
  • 25-03-2026, 16:56
    İlham Əliyev Yunanıstanı milli bayram münasibətilə təbrik etdi
  • 25-03-2026, 16:55
    Prezident İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib
  • 25-03-2026, 16:51
    Cao Lıci: Azərbaycan və Çin arasında dostluq əlaqələri dərin köklərə əsaslanır
  • 25-03-2026, 16:50
    DYP yağıntılı hava ilə bağlı əhaliyə xəbərdarlıq etdi
  • 25-03-2026, 16:47
    Türkiyənin xarici işlər naziri Suriya və qətərli həmkarı ilə telefon danışıqları aparıb
  • 25-03-2026, 08:32
    Şahbaz Şərif: Pakistan danışıqlara ev sahibliyi etməyə hazırdır
  • 25-03-2026, 08:30
    Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hospitalda olub
  • 25-03-2026, 08:28
    Kim Çen In: Hər zaman Moskvanın yanındayıq
  • 25-03-2026, 08:25
    Nazir italiyalı həmkarı ilə görüşdü
  • 25-03-2026, 08:13
    Ərdoğandan sərt mesaj: “Bu, Netanyahunun sağ qalma müharibəsidir – dünya bədəl ödəyir”
  • 25-03-2026, 08:08
    Araqçi: “Ədalət artıq yoxdur"
  • 25-03-2026, 08:04
    Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
  • 25-03-2026, 08:02
    Paytaxtda 10 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
  • 24-03-2026, 11:32
    Deputat Asif Əsgərov şəhid ailəsini ziyarət etdi
  • 24-03-2026, 11:09
    Xəzər dənizi bölgəsində təhlükəsizlik 2 nazirin müzakirə mövzusu oldu
  • 24-03-2026, 11:06
    NDU-nun 6 milyonluq satınalma dosyesi: Elbrus İsayevin rektorluğu dövründə xərclənən vəsaitlər haraya gedib? – ARAŞDIRMA
  • 24-03-2026, 11:00
    Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak etdi
  • 24-03-2026, 10:59
    Çin Sədri lham Əliyevi təbrik etdi
  • 24-03-2026, 10:57
    Braziliya Azərbaycana təşəkkür etdi
  • 24-03-2026, 10:55
    "Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib" - Dövlət başçısı
  • 24-03-2026, 10:54
    Azərbaycanlı alimə Rusiyada "Əməkdar elm xadimi" adı verildi
  • 23-03-2026, 09:17
    6 ay gecikən bonuslar: Həkimlərin haqqını kim ödəmir?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Amil Əliyev
  • Tel: (+99450) 227 24 22
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
Müəllif hüquqları qorunur. Memur.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Yükləmə gedir gözləyin...