• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya

Azərbaycanda Milli Mətbuat Günüdür

Siyasət

22-07-2023, 09:59

Azərbaycanda Milli Mətbuat GünüdürBu gün Azərbaycanda milli mətbuatın yaranması günüdür.

148 il öncə - 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub.

“Əkinçi” Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoyub, cəmi 56 nömrəsi çıxan qəzet millətin aynası oldu, Azərbaycan jurnalistikasının bayraqdarına çevrildi.

Sonrakı illərdə görkəmli ziyalılar tərəfindən nəşr edilən “Ziya”, “Kəşkül”, “Şərqi-rus”, “İrşad”, “Molla Nəsrəddin” kimi qəzet və jurnallar “Əkinçi”nin ənənələrini davam etdirdi. Bu mətbuat orqanlarının əsas hədəfi cəhalətə, haqsızlığa qarşı mübarizə, maarifləndirmə idi. Zəngin və şərəfli yolla addımlayan Azərbaycan mətbuatı bir neçə mərhələdən keçdi. Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə azad mətbuatın, eləcə də hadisələrə yeni baxışın təməli qoyuldu. Növbəti mərhələ isə AXC-nin bolşeviklər tərəfindən işğalından sonrakı dövrü əhatə edir. 146 yaşlı mətbuatın 70 ili bu kommunist dikaturası dövrü ilə bağlıdır. Həmin dövrdə Azərbaycan mətbuatı mövcud problemləri daha çox sətiraltı mənada yazırdı. Çünki mətbuat SSRİ-nin yürütdüyü siyasətin, ideologiyanın ruporu idi. Həmin dövrdə fərqli düşünmək, yazmaq yasaqlanmışdı.1990-cı illərin II yarısından başlayaraq Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu mərhələ həm də Azərbaycan dövlətçiliyi, demokratik dövlət quruculuğu dövrüdür. Bu yeni inkişaf dövrünün təməlini qoyan Ulu Öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Müstəqillik dövründə Azərbaycan mətbuatı ilə bağlı ilk fərmanı da Heydər Əliyev imzalayıb.

Ümumilikdə, Ulu Öndər mətbuatın problemlərinin həlli ilə bağlı 10-dan çox sərəncam və fərman imzalayıb. 1999-cu ildə “Kütləvi İnformasiya Vasitələri haqqında” beynəlxalq tələblərə cavab verən qanun qəbul edilib. Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli sərəncamı ilə Azərbaycanda senzura ləğv olunub.
Ölkədə söz və mətbuat azadlığına, KİV-lərə ən yüksək səviyyədə diqqət və qayğı var. Prezident İlham Əliyev azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq məqsədilə mühüm sərəncamlar imzalayıb.

2020-ci ilin sentyabrın 27-də başladılan 44 günlük Vətən müharibəsində Azərbaycan döyüş meydanında olduğu kimi, informasiya savaşında da qələbə qazanıb. Mütəmadi olaraq ölkəmizə qarşı qara kampaniya aparan dairələr bu müddət ərzində də öz çirkin əməllərindən əl çəkmədilər. Amma buna baxmayaraq, informasiya müharibəsində də üstünlük öz tarixi torpaqlarını işğaldan azad edən, haqq və ədalət uğrunda mübarizə aparan Azərbaycan tərəfində oldu.
Bununla belə Azərbaycan mətbuatının iki nümayəndəsi erməni terrorunun qurbanı oldu. Vətən müharibəsi başa çatdıqdan sonra işğaldan azad olunmuş ərazilərin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi 2021-ci ilin iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşdü. Nəticədə AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu həlak oldu, dörd nəfər yaralandı.

Prezident İlham Əliyev iyunun 14-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu, Əliyev Arif Ağalar oğlu və İbrahimov Məhərrəm Əli oğlunu "3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.
2021-ci ilin iyulun 22-də - Milli Mətbuat günündə Prezident İlham Əliyev şəhid jurnalistlərin - M.İbrahimovun və S.Abışovun ailələrinə mənzillər hədiyyə edib.

Milli mətbuatın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar da mətbuata və mətbuat işçilərinə qayğının tərkib hissəsidir.





Paylaş:
Digər xəbərlər
Hadisə
Qazaxıstanın Nəqliyyat Nazirliyi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir
Bakıda evdə yanğın olub, mənzil sahibinin meyiti aşkarlanıb
Bakıda silahlı İNSİDENT: Ölən və yaralanan VAR
SON DƏQİQƏ: Türkiyəyə məxsus neft tankeri DRONLA VURULDU
Sumqayıt şəhərində tonqalda baş berən partlayış zamanı xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-3
TƏCİLİ! Xəzər dənizindəki İran gəmiləri vuruldu
Cəmiyyət
6-05-2026, 11:00
Bu gündən uşaqların I sinfə qəbulu başlayır
1-05-2026, 16:27
"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq
19-04-2026, 14:40
Sabah Bakıya yağış, bəzi rayonlara qar yağacaq, dolu düşəcək
18-04-2026, 09:45
Bu gündən Kürdəmir dəmiryol stansiyası istifadəyə verilib
16-04-2026, 09:09
Bu gün Maştağa və Ramanada işıq kəsiləcək
15-04-2026, 09:33
Xəzər dənizində zəlzələ olub
Son xəbərlər
  • Dünən, 10:35
    Dövlət və hökumət rəsmiləri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
  • Dünən, 10:33
    Ombudsman: Ulu Öndər Heydər Əliyevin hüquq siyasətində insan amili daim mərkəzdə dayanıb
  • Dünən, 09:21
    İlham Əliyev: Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı
  • Dünən, 09:16
    Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır
  • Dünən, 09:13
    Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
  • 9-05-2026, 11:45
    Yol polisi qeyri-iş günləri ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
  • 9-05-2026, 11:44
    Kiyevdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib
  • 9-05-2026, 11:42
    Hərbi Prokurorluq Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan tədbir keçirib
  • 9-05-2026, 11:40
    Mehriban Əliyeva faşizm üzərində qələbənin ildönümü münasibətilə paylaşım edib
  • 9-05-2026, 11:37
    Bu gün faşizm üzərində qələbənin ildönümüdür
  • 8-05-2026, 10:53
    Azərbaycan və Çili arasında siyasi məsləhətləşmələr aparılıb
  • 8-05-2026, 10:51
    Kamran Əliyev: Dünyada və regionda baş verən proseslər narahatlıq doğurur
  • 8-05-2026, 10:50
    Şahin Bağırov: "Gömrük orqanlarında müasir texnoloji nailiyyətlərdən istifadə istiqamətində addımlar atılır"
  • 8-05-2026, 10:49
    Şəhid ailələri Türkiyənin Çanaqqala şəhərini ziyarət edib
  • 8-05-2026, 10:47
    Azərbaycan ilə Malayziya arasında daha dərin əməkdaşlıq imkanları araşdırılır
  • 8-05-2026, 10:46
    Azərbaycan-Tacikistan münasibətlərinin cari vəziyyəti müzakirə olunub
  • 8-05-2026, 10:45
    "Xatəm əl-Ənbiya": ABŞ bilməlidir ki, İran istənilən hücuma sarsıdıcı cavab verəcək
  • 7-05-2026, 16:04
    Vilayət Eyvazov İmişlidə vətəndaş qəbulu və sıra baxışı keçirib
  • 7-05-2026, 16:02
    Azərbaycan və Monqolostan Baş prokurorluqları arasında anlaşma memorandumu imzalanıb
  • 7-05-2026, 11:13
    Yusif Abdullayev: "Azərbaycan IsDB Qrupunun bir sıra təşəbbüslərinə cəlb olunub"
  • 7-05-2026, 11:13
    Balakən kanat yolunun inşasına başlanılıb
  • 7-05-2026, 11:12
    ICIEC: Azərbaycanda investisiya və tərəfdaşlıq üçün perspektivli mühit var
  • 7-05-2026, 11:11
    Azərbaycan və Almaniya nəqliyyat sahəsində əməkdaşlığı genişləndirir
  • 7-05-2026, 11:11
    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana alüminium və taxıl göndərilib
  • 7-05-2026, 11:10
    Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir
  • 7-05-2026, 11:09
    İran Hörmüz boğazındakı gəmilərin kapitanlarına müraciət edib
  • 7-05-2026, 11:09
    İran Yaxın Şərqdə ABŞ-nin təxminən 230 hərbi obyektinə və texnikasına zərbə endirib
  • 6-05-2026, 11:28
    Azərbaycan Moldovanın üzümçülük və şərabçılıq sahəsində təcrübəsində maraqlıdır
  • 6-05-2026, 11:09
    Muxtar Babayev: "Müxtəlif regionlardakı münaqişələr ətraf mühitə əlavə təzyiq yaradır"
  • 6-05-2026, 11:08
    Van İ Pekində Abbas Əraqçi ilə regiondakı vəziyyəti müzakirə edib
  • 6-05-2026, 11:07
    Azərbaycan BMT-də miqrasiya üzrə İsveçlə birgə bəyanat təqdim edəcək
  • 6-05-2026, 11:07
    ABŞ Peşəvərdəki Baş konsulluğunu tədricən bağlayacaq
  • 6-05-2026, 11:02
    Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə və taxıl göndəriləcək
  • 6-05-2026, 11:01
    Azər Bayramov: "Kənd təsərrüfatında əsas prioritet emal prosesidir"
  • 6-05-2026, 11:00
    Bu gündən uşaqların I sinfə qəbulu başlayır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Amil Əliyev
  • Tel: (+99450) 227 24 22
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
Müəllif hüquqları qorunur. Memur.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Yükləmə gedir gözləyin...