Ərdoğan: “Azərbaycan Türkiyədəki zəlzələ zonasında vacib layihələr həyata keçirmək istəyir”
siyaset
1-05-2023, 10:11
209
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “TRT Türk”ə müsahibəsi zamanı bildirib.
O, Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Kahramanmaraşda Azərbaycan tərəfindən inşa ediləcək min bina, məktəb və məscidin təməlini qoyduğunu xatırladıb.
Ərdoğan həmçinin zəlzələ zamanı və sonra Türkiyəyə yardım edən bütün ölkələrə təşəkkür edib.
