Tarix : 13-12-2021, 09:49 | Bölmə: musahibe

Qarət edilən ev Hikmət Mirzəyevin qohumunun imişAbşeron rayonunda oğurluq edilmiş və Vətən Müharibəsi Qəhrəmanı Hikmət Mirzəyevə məxsus olduğu deyilən evin kimə aid olduğu bilinib.

Oxu.Az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, ev Hikmət Mirzəyevin yaxın qohumunun olub.

“Həmin evin Hikmət Mirzəyevə heç bir aidiyyəti yoxdur”, - deyə məlumatda bildirilib.

Hazırda faktla bağlı Abşeron Rayon Polis İdarəsi araşdırma aparır.

Qeyd edək ki, ötən gün Vətən Müharibəsi Qəhrəmanına məxsus evin qarət olunması ilə bağlı məlumatlar yayılmışdı.

Oxşar xəbərlər