Yeni nazir millimizin Portuqaliyaya uduzmasından DANIŞDI » Memur.az

Yeni nazir millimizin Portuqaliyaya uduzmasından DANIŞDI

Yeni nazir millimizin Portuqaliyaya uduzmasından DANIŞDI“Mən futbolu uşaqlıqdan sevirəm. Çalışıram ki, mühüm oyunlara stadiondan baxım. Dünən də milli komandamızın oyununu stadiondan izlədim”.

“Report”un xəbərinə görə, bunu Prezident İlham Əliyevin dünən imzaladığı sərəncamla gənclər və idman naziri təyin olunmuş Fərid Qayıbov deyib.

“Dünənki oyunda çox təəssüf ki, komandamız məğlub oldu. Mən də digər vətəndaşlarımız kimi komandamızın uduzmasına təəssüflənirəm. İstərdik ki, futbolçularımız daha yaxşı oynasınlar”, - nazir vurğulayıb.

O həmçinin bildirib ki, Azərbaycan futbolu ilə bağlı bir sıra işlər görülüb:

“Hesab edirəm ki, bu idman növünün daha da inkişaf etdirilməsi ilə bağlı Futbol Federasiyası ilə işlərimiz olacaq. Onlarla bu sahə ilə bağlı işlər aparmalıyıq”.