Tarix : 31-03-2021, 14:33 | Bölmə: musahibe

Tarixin ibrət dərsləriBelə görünür ki, dünya düzəni yeni mərhələyə daxil olub. Qarşıdurmalar, konfliktlər, mübahisələr sözsüz ki, dövlətlərarası münasibətlərdə gərginliklər yaradır. 2020-ci ilin ikinci yarısından ta bugünədək olan mənzərə bizləri tamam fərqli və yeni reallıqlarla üz-üzə qoyub.

Belə reallıqlardan biri də Cənubi Qafqazda yaranıb desək, yəqin ki, səhv etmərik. Erməni faşizmi üzərində tarixi qələbəmiz Azərbaycan dövlətinin nüfuzunu regionda kifayət qədər yüksəltdi, eyni zamanda 200 illik erməni mifinin dağılmasında sarsıdıcı zərbə oldu.

Bu bir həqiqətdir ki, mənfur qonşularımız zaman-zaman xaincəsinə kürəyimizə xəncər sancıblar.

Belə vəhşiliklərdən bəlkə də ən böyüyü 1918-ci ilin mart qırğınıdır. Təkcə statistik göstəricilərə nəzərə salmaq kifayətdir ki, erməni qaniçənlərinin xalqımıza qarşı hansı ağlasığmaz vəhşiliklərə yol verdiyini dərk edəsən.

1918-1920-ci illərdə erməni faşistləri Bakı quberniyasında 229, Gəncə quberniyasında 272, İrəvan quberniyasında 211, Zəngəzurda 115, Qarabağda 157, Qars əyalətində 92, İğdır və Eçmiədzin qəzalarında 60, Göyçə quberniyasında 22, Sürməli qəzasında 96, Yeni Bəyaziddə 84, Şərurda 76, Vedibasarda 118, Dərələyəzdə 74 kəndi yerlə-yeksan ediblər. Bax, həmin talanlar, həmin dağıdıcılıq neçə illər sonra Qarabağ bölgəsində də törədilib. 44 günlük müharibədən sonra işğaldan azad olunmuş ərazilərimizin necə viran edilməsinin şahidi olduq.

Erməni həmin ermənidir: xain, fitnəkar, yırtıcı, acgöz, riyakar… Mənfur qonşularımıza hansı mənfi epiteti desən, yaraşır, çünki bu, onların xislətidir.

Yenə statistika bizə deyir ki, daşnaklar həmin illərdə Qərbi Azərbaycanda, yəni qədim ata-baba yurdlarında yaşayan 565 min azərbaycanlını işgəncələrə məruz qoyaraq vəhşicəsinə öldürmüşlər. Ötən əsrin 80-ci illərinin sonlarında 200 mindən çox qərbi azərbaycanlılar öz doğma yurdlarından qovuldular. Yenə həmin dəst-xətt, yenə həmin düşmənçilik…

Və bu düşmənçilik zəminində 1918-ci ilin soyqırımı əvvəlkilərdən daha geniş miqyas almış və daha amansız olmuşdur. Həmin dövrdə onlar Bakıda, Gəncədə, Naxçıvanda, Qarabağda, Zəngəzurda, Göyçədə, Dərələyəzdə, Qubada, Şamaxıda, Lənkəranda, Salyanda, Göyçayda və başqa yerlərdə dəhşətli qırğınlar törədiblər.

Tarixdən bizə məlumdur ki, 1918-ci ilin soyqırımı hadisələri Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Kommunası hökumətinin əli ilə həyata keçirilmişdir. Hətta Bakıda xalqımızın qanını içən bu cəllada heykəl də qoymuşduq. Metro stansiyalarından birinə (indiki “Xətai” stansiyası), neçə-neçə yerlərə (o cümlədən Bakının rayonlarından birinə) Şaumyanın adı verilmişdi.

Bakı qırğınında Koqanyan və Petrovla birlikdə azərbaycanlıların qanına susamış Mikoyanın, Amazaspın, Avetisyanın, Lalayanın quldur dəstələri xüsusi fəallıq göstərmişdilər. Bakıda erməni daşnakları dinc əhaliyə on üç gün ərzində divan tutmuş, 30 min azərbaycanlını vəhşicəsinə öldürmüş, “İsmailiyyə”ni yandırmış, informasiyanın yayılmaması üçün qəzet və jurnal redaksiyalarını dağıtmışlar. Mikoyanın cinayətkar “qırmızı qvardiyası”nın vəhşiliyi nəticəsində İçərişəhərdə yaralılar yatan xəstəxanaya od vurulmuş, 2 minədək tibb işçisi və xəstə yandırılmış, qaçanlar isə güllələnmişdilər.

Arxiv materiallarında göstərilir ki, silahlanmış və hərbi təlim görmüş ermənilər azərbaycanlıların evlərinə hücum edərək onları öldürür, körpələri süngüylə qətlə yetirir, uşaqları alovun içinə atırdılar. Onlar Türk və İslam mədəniyyət mərkəzlərini, tarixi abidələri də dağıdırdılar.
Erməni generalları Dro, Njde, Amazasp, Andronik kimi cəlladlar hər yerdə olduğu kimi, Naxçıvanda da insanların qanını amansızlıqla axıdırdılar.

31 mart azərbaycanlıların soyqırımı günüdür. Dünya bu cür vəhşiliklərə laqeyd qalmamalı, ermənilərin həqiqətən də faşist xislətli cəllad olduqlarını bir daha görməli və ikili standartdan əl çəkib onlara layiq olduqları dərsi verməli, bu vandal milləti törətdikləri əməllərə uyğun adları ilə çağırmalıdır. Ötən ilin payızında ölkə Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Qarabağ işğaldan azad olundu və ermənilərə sözün əsl mənasında dərs verildi.

Ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycanliların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanının imzalamasından 23 il keçir. Həmin Fərmana əsasən, 31 mart-Azərbaycanlıların soyqırımı günü elan olundu. Qeyd edək ki, sənədin ermənilər və onların havadarlarının yurdumuzun və yurddaşlarımızın başına gətirdikləri müsibətlərin həm ölkə, həm də beynəlxalq ictimaiyyətin mühakiməsinə çıxarılmasında rolu böyük və əhəmiyyətlidir.

Oxşar xəbərlər