Tarix : 28-03-2021, 13:26 | Bölmə: musahibe

İranda artıq özəl sektor da peyvənd ala biləcəkİran Prezidenti Həsən Ruhani özəl sektora koronavirusa qarşı peyvənd satın almaq üçün icazə verib.

“Anadolu” agentliyi xəbər verir ki, İran başçısı bunu ABŞ-ın tətbiq etdiyi sanksiyaların səbəb olduğu çətinliklərlə əsaslandırıb.

O, ABŞ-ın keçmiş Prezidenti Donald Trampın dövründə başlayan sanksiyaların xaricdən peyvənd alınmasına mane olduğunu qeyd edib:

“Vaksinləri sifariş etdiyimiz ölkələr hələ də ABŞ-ın sanksiyalarından qorxduqlarını söyləyirlər. Tramp getdi, lakin onun təsiri cəmiyyətimizdə eyni şəkildə hiss olunmağa davam edir. Bu gün özəl sektorun Səhiyyə Nazirliyinin nəzarəti altında peyvənd gətirməsinə icazə verdik”.

ABŞ sanksiyaları səbəbiylə xaricdən peyvənd almaqda problem yaşayan İran bu problemi yaxın münasibətdə olduğu Çin, Rusiya və Hindistan kimi ölkələrdən peyvənd alaraq həll etməyə çalışır.

Oxşar xəbərlər