Həbs edilən icra başçının səlahiyyətləri bu şəxsə verilib » Memur.az

Həbs edilən icra başçının səlahiyyətləri bu şəxsə verilib

Həbs edilən icra başçının səlahiyyətləri bu şəxsə verilibCəlilabad Rayon İcra Hakimiyyəti (RİH) başçısının səlahiyyətlərini icra edən şəxs məlum olub.

“Report”-un xəbərinə görə, RİH başçısının səlahiyyətlərinin icrası birinci müavin Mansur Məmmədova həvalə olunub.

Qeyd edək ki, dekabrın 7-də hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Cəlilabad Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirilib.

Prezident İlham Əliyev dekabrın 8-də Namiq Rəsul oğlu Zeynalovun Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.

Dekabrın 9-da Səbail Rayon Məhkəməsində N.Zeynalov barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.