Sahibə Qafarova: “Azərbaycan ordusu əks-hücum əməliyyatlarını uğurla davam etdirir” » Memur.az

Sahibə Qafarova: “Azərbaycan ordusu əks-hücum əməliyyatlarını uğurla davam etdirir”

Sahibə Qafarova: “Azərbaycan ordusu əks-hücum əməliyyatlarını uğurla davam etdirir”Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatlarını uğurla davam etdirir. İndiyə qədər düşmənin yüzlərlə texnikası məhv edilib. Azərbaycanın gücünü görən bəzi beynəlxalq təşkilatlar artıq narahat olmağa başlayıblar.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

O bildirib ki, vaxtilə münaqişənin həlli üçün heç bir addım atmayan bəzi qüvvələr artıq yeni açıqlamalar verir, Azərbaycanı öz haqq yolundan döndərməyə çalışırlar:

“Hamımızın eyni fikri var: Ordumuzun müzəffər yürüşü sonuncu erməni əsgəri torpaqlarımızdan qovulana qədər davam etməlidir. Bütün xalqımız da, biz də əminik ki, bu belə olacaq. Zəfər savaşı qələbə ilə başa çatacaq”.