Bakıda intihara cəhd edən adam fikrindən daşındı » Memur.az

Bakıda intihara cəhd edən adam fikrindən daşındı

Bakıda intihara cəhd edən adam fikrindən daşındıBakıda bir nəfər intihara cəhd edib.

Oxu.Az xəbər verir ki, hadisə paytaxtın Nərimonov rayonunda baş verib.

Belə ki, bir nəfər çoxmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.