Azərbaycanda evlənənlərin sayı boşananları 3 dəfə üstələyib » Memur.az

Azərbaycanda evlənənlərin sayı boşananları 3 dəfə üstələyib

Azərbaycanda evlənənlərin sayı boşananları 3 dəfə üstələyibAzərbaycanda bu ilin ilk dörd ayında qeydə alınan nikah və boşanma hallarının sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, qeydiyyat şöbələri tərəfindən 18273 nikah və 5562 boşanma halları qeydə alınıb.

Əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,6, boşanmaların sayı isə 1,7 olub.