Azərbaycan federasiyasına vitse-prezident və baş məşqçilər təyin olundu » Memur.az

Azərbaycan federasiyasına vitse-prezident və baş məşqçilər təyin olundu

Azərbaycan federasiyasına vitse-prezident və baş məşqçilər təyin olunduAzərbaycan MMA, Pankration və Qrapplinq Federasiyasına iki vitse-prezident təyin olunub.

Oxu.Az-ın xəbərinə görə, bunlar Hüseynəli Abbaslı və Kamil Qocayevdir.

Bundan başqa, MMA millimizə Vilayət Quliyev (böyüklər), Aqşin Babayev (gənclər), Ceyhun Ədilov (yeniyetmələr), pankration millimizə Dülgər Əsgərov (böyüklər), Tofiq Cəfərov (gənclər), Ehtiram Pərişov (yeniyetmələr), qrapplinq yığmamıza Əkbər Hadıyev (böyüklər), Anar Səfərov (gənclər) və Namiq Məhərrəmov (yeniyetmələr) baş məşqçi təyin olunub.

Qeyd edək ki, bu şəxslərin təyinatı federasiyanın bu gün keçirilən ümumi iclasında gerçəkləşib.