Elektron qolbaq daşıyan məhbusların sayı açıqlandı » Memur.az

Elektron qolbaq daşıyan məhbusların sayı açıqlandı

Elektron qolbaq daşıyan məhbusların sayı açıqlandıAzərbaycanda həbsə alternativ cəzaların tətbiqinin genişləndirilməsi məqsədilə elektron qolbaqların tətbiqinə başlanılıb. 900-dən çox məhkuma elektron qolbaq tətbiq edilib.

Bu barədə ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə Məhkəmə-Hüquq Şurasının bu gün keçirilən iclasında məlumat verilib.

Bildirilib ki, Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə cəza siyasətinin humanistləşdirilməsi, o cümlədən bəzi əməllərin dekriminallaşdırılması ilə əlaqədar məhkəmələr tərəfindən 6000-ə yaxın məhkum haqqında sənədlərə baxılaraq təmin edilib.

Qeyd olunub ki, 4200-dən çox şəxs cəzadan azad olunub, yaxud cəza müddətləri azaldılıb. Həbsə alternativ cəzaların tətbiqinin genişləndirilməsi məqsədilə elektron qolbaqların tətbiqinə başlanılıb.