Rusiya və Almaniya XİN başçıları Qarabağı müzakirə etdilər » Memur.az

Rusiya və Almaniya XİN başçıları Qarabağı müzakirə etdilər

Rusiya və Almaniya XİN başçıları Qarabağı müzakirə etdilər

Telefon danışı baş tutub.

Rusiya və Almaniya Xarici işlər nazirləri Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər.
Memur.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu gün Sergey Lavrovla Frank-Valter Ştanmayer arasında telefon danışığı olub.

Telefon danışığı zamanı gərginliyin azalması ilə bağlı səylərin koordinasiya edilməsi müzakirə olunub. Nazirlər hərbi əməliyyatların dərhal dayandırılması və tərəflərin atəşkəs rejiminə əməl etməsi ilə bağlı eyni fikirdə olduqlarını bildiriblər.

Hər iki nazir münaqişənin siyasi yolla həllinin vacibliyini qeyd edib.