Nəcməddin Sadıkov Minskə getdi » Memur.az

Nəcməddin Sadıkov Minskə getdi

Nəcməddin Sadıkov Minskə getdiMN məlumat yayıb.

Belarus Respublikasının Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Oleq Belokonevin dəvəti ilə bu ölkədə səfərdə olan Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov martın 28-də Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətləri Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin Minsk şəhərində keçirilən növbəti iclasında iştirak edir.

Bu barədə Memur.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Əvvəlcə iclasın iştirakçıları Qələbə Meydanındakı abidənin önünə əklil qoyublar.

Azərbaycan, Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan nümayəndə heyətlərinin iştirakı ilə keçirilən iclasda MDB çərçivəsində hərbi əməkdaşlıq məsələlərinin müxtəlif aspektləri müzakirə olunur.

Nümayəndə heyətlərinin rəhbərləri iclasda müdafiə sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparacaqlar.

Martın 30-dək davam edəcək səfər çərçivəsində general-polkovnik N.Sadıkovun bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulub.

Görüşlərdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunacaq.

Bundan əlavə, Belarus Respublikasının bir sıra müdafiə sənayesi müəssisələrinin ziyarəti planlaşdırılır.