Xanlar Vəliyev: Mütəllibov Xocalı faciəsinin baş verəcəyini əvvəlcədən bilirdi » Memur.az

Xanlar Vəliyev: Mütəllibov Xocalı faciəsinin baş verəcəyini əvvəlcədən bilirdi

Xanlar Vəliyev: Mütəllibov Xocalı faciəsinin baş verəcəyini əvvəlcədən bilirdi“613 nəfər qətlə yetirildi”.

Ayaz Mütəllibov Xocalı faciəsinin baş verəcəyini əvvəlcədən bilirdi.

Memur.Az xəbər verir ki, APA-nın məlumatına görə, bunu Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev “Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları” kitabının təqdimatında deyib.

Onun sözlərinə görə, hadisədən sonra Daxili İşlər Nazirliyi faciədə iki adamın öldüyü haqqında məlumat yayıb:

“Sonradan Azərbaycan dövləti faciədə 613 nəfərin qətlə yetirildiyini sübut etmək üçün xeyli əziyyət çəkdi”.

X.Vəliyev əlavə edib ki, Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət” kampaniyasının böyük rolu olub:

“Məhz bu kampaniyadan sonra bir sıra ölkələr bunu soyqırımı kimi qəbul edib”.