Zakir Həsənov: Ötən il ehtiyatda olan 10 mindən çox hərbi qulluqçu toplanışlara cəlb edilib
musahibe
24-02-2025, 11:51
74

"Report" xəbər verir ki, bunu müdafiə naziri Zakir Həsənov 2024-cü ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclasında deyib.
O bildirib ki, ötən il ərzində toplanışlara cəlb edilən 10 000-dən artıq müxtəlif ixtisaslı hərbi vəzifəlinin bilik və bacarıqlarının artırılması ilə yanaşı, onlara silahlanmaya yeni qəbul edilmiş silah və texnikadan istifadə qaydaları öyrədilib. Bu istiqamətdə həyata keçirilən tədbirlərin cari ildə də davam etdiriləcəyi vurğulanıb.