Türkiyə səfiri: Texnologiyadan vaz keçmək olmaz, ancaq ondan istifadə tənzimlənməlidir
musahibe
18-02-2025, 14:54
88

“Report” xəbər verir ki, bu fikirləri Türkiyənin Azərbaycandakı səfiri prof. Birol Akgün Xəzər Universitetində “Texnogologiya geosiyasəti” mövzusunda keçirilən akademik seminarda deyib.
Onun sözlərinə görə, texnologiya uzun müddətdir transformasiyalarda aktiv iştirak edir:
“Süni zəkanın bizi haraya aparacağı dəqiq deyil. Bu gün texnologiya dünyasının gələcəyə necə təsir göstərəcəyini araşdıran çox insan var. Texnologiya artıq siyasətə də təsir etməyə başlayıb”.
Diplomat smartfonların yeniyetmələrə təsirindən də söz açıb:
“Yeni nəslin təxminən 2010-cu ildən etibarən smartfon istifadə etməsinin onlara təsirini yeni-yeni anlamağa başlamışıq. İntihar faizi artmağa başlayıb. 16 yaşına kimi gənclərə smartfonlardan istifadənin qadağan edilməsi istiqamətində təkliflər mövcuddur. Kitablar deyir ki, intiharın səbəbi psixologiya yox, sosiologiyadır. İnsan tənhalaşdıqca buna meyil edir".