İrakli Kobaxidze “Gürcü Arzusu”nun yaradıcısına qarşı sanksiyaları pisləyib
musahibe
28-12-2024, 09:01
57

Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.
Kobaxidze qeyd edib ki, partiyanın təsisçisi ölkənin maraqlarına xidmət etdiyinə görə artıq faktiki sanksiyalar altında idi, indi isə rəsmi məhdudiyyətlərə məruz qalıb.
“Xüsusi heçnə yoxdur. Bu, sadəcə olaraq, ölkəmizin milli maraqlarının qorunmasına görə verilən "mükafatdır”, - Baş nazir bildirib.
Onun sözlərinə görə, İvanişvili uzun müddətdir, sanksiyalarla şantaj edilib, indi isə belə imkan olmayacaq.
Qeyd edək ki, dekabrın 27-də ABŞ İvanişviliyə qarşı sanksiyalar tətbiq edib.