Viktor Orban: Avropa İttifaqı Ukrayna münaqişəsində uduzub » Memur.az

Viktor Orban: Avropa İttifaqı Ukrayna münaqişəsində uduzub

Viktor Orban: Avropa İttifaqı Ukrayna münaqişəsində uduzub“Macarıstan əmindir ki, Avropa İttifaqı Ukrayna münaqişəsində uduzub, çünki Rusiya mövqeyini günü-gündən gücləndirir”.

“Report” xəbər verir ki, bunu “M1” televiziyasına müsahibəsində Macarıstanın baş naziri Viktor Orban deyib.

O, Ukraynadakı vəziyyətdən danışarkən qeyd edib ki, ruslar döyüş meydanında tədricən irəliləyir: “Güclər balansı göz qabağındadır. Avropa Birliyi bu müharibədə məğlub olub”.