Viktor Orban: Avropa İttifaqı Ukrayna münaqişəsində uduzub

23-12-2024, 09:03

Viktor Orban: Avropa İttifaqı Ukrayna münaqişəsində uduzub“Macarıstan əmindir ki, Avropa İttifaqı Ukrayna münaqişəsində uduzub, çünki Rusiya mövqeyini günü-gündən gücləndirir”.

“Report” xəbər verir ki, bunu “M1” televiziyasına müsahibəsində Macarıstanın baş naziri Viktor Orban deyib.

O, Ukraynadakı vəziyyətdən danışarkən qeyd edib ki, ruslar döyüş meydanında tədricən irəliləyir: “Güclər balansı göz qabağındadır. Avropa Birliyi bu müharibədə məğlub olub”.

Mənbə: https://memurtv.az/musahibe/14016-viktor-orban-avropa-ttifaqi-ukrayna-munaqishesinde-uduzub.html