Qarabağdakı separatçılardan biri Azərbaycan hüquq-mühafizə orqanlarına təslim olacağını bildirib » Memur.az

Qarabağdakı separatçılardan biri Azərbaycan hüquq-mühafizə orqanlarına təslim olacağını bildirib

Qarabağdakı separatçılardan biri Azərbaycan hüquq-mühafizə orqanlarına təslim olacağını bildiribQarabağdakı separatçıların rəhbərinin “müşaviri” David Babayan sosial şəbəkələrdə könüllü olaraq Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşlarına təslim olacağını bildirib.

O qeyd edib ki, Xankəndidən Şuşaya azərbaycanlı müstəntiqlərin apardığı araşdırma üçün gedir.
“Hamınız bilirsiniz ki, mən Azərbaycanın qara siyahısına düşmüşəm və Azərbaycan tərəfi müvafiq araşdırma aparılması üçün mənim Bakıya gəlməyimi tələb edib. Mənim oraya getməməyim və ya daha da pis, qaçmağım xalqımıza, bir çox insanlara ciddi ziyan vuracaq. Ona görə də mən təslim olmaq qərarına gəlmişəm”, - deyə Babayan ​​qeyd edib.