Azərbaycanda tarixçi alim vəfat etdi » Memur.az

Azərbaycanda tarixçi alim vəfat etdi

Azərbaycanda tarixçi alim vəfat etdiTanınmış etnoloq, tarix üzrə elmlər doktoru Aydın Balayev dünyasını dəyişib.

Bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Qeyd edək ki, A.Balayev 19 noyabr 1956-cı ildə Bakıda anadan olub. 1980-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini, habelə M.V.Lomonosov adına Moskva Dövlət Universitetini bitirib.

O, bir sıra tarixi əsərlərin, elmi araşdırmaların müəllifi olub.