Xalq Ali Baş Komandanı ilə fəxr edir - MÜRACİƏTLƏR » Memur.az

Xalq Ali Baş Komandanı ilə fəxr edir - MÜRACİƏTLƏR

Xalq Ali Baş Komandanı ilə fəxr edir - MÜRACİƏTLƏRDünyanın müxtəlif ölkələrində, eyni zamanda ölkəmizdə yaşayan azərbaycanlılar Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət edirlər.

Müraciətlərdə müzəffər ordumuzun sentyabrın 27-də işğalçı qoşunlarına qarşı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlatdığı əməliyyatlar birmənalı olaraq alqışlanır və böyük dəstək ifadə olunur.

Azərbaycan Respublikasının ayrı-ayrı bölgələrindən, həmçinin həmyerlilərimizin xarici ölkələrdən daxil olan məktublarında qələbə xəbərlərinin məhz Ali Baş Komandanın dilindən söylənməsinin xalq arasında qələbə əzmini qüvvətləndirdiyi və ruh yüksəkliyi yaratdığı vurğulanır.

Azərbaycan xalqı əminliklə bildirir ki, Qarabağ torpaqlarının şanlı Azərbaycan Ordusu tərəfindən ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında azad edilməsi xalqımızın öz rəhbərinə olan inam və etimadını yeni əlçaltmaz yüksəkliklərə ucaldıb.