Heydər Əliyev Mərkəzindən Böyük Britaniyaya dəstək » Memur.az

Heydər Əliyev Mərkəzindən Böyük Britaniyaya dəstək

Heydər Əliyev Mərkəzindən Böyük Britaniyaya dəstəkKoronavirus (COVID-19) pandemiyasına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə aprelin 12-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının bayrağı bu ölkənin musiqisinin müşayiəti ilə videoproyeksiya olunub.

Aprelin 3-dən etibarən virusdan zərərçəkən bir dövlətin bayrağı həmin ölkənin musiqisinin sədaları altında Mərkəzin binası üzərinə proyeksiya olunur.

Bununla Heydər Əliyev Mərkəzi COVID-19-un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.