Mirzə Xəzər vəfat etdi » Memur.az

Mirzə Xəzər vəfat etdi

Mirzə Xəzər vəfat etdiAzərbaycanlı jurnalist, publisist-naşir Mirzə Xəzər yanvarın 31-də Münhendə dünyasını dəyişib. 

“Qafqazinfo” xəbər verir ki, jurnalistin ölümü haqda “Azadlıq qəzeti”nin Facebook səhifəsində yazılıb. 

Qeyd edək ki, Mirzə Xəzər 1987-ci ildən Almaniyanın Münhen şəhərində yaşayır. O, 1990-cı il 20 Yanvar faciəsi zamanı Azərbaycanı informasiya blokadasından xilas edərək həqiqətləri bütün dünyaya çatdırıb. 

Mirzə Xəzər 1987-2003-cü illərdə “Azadlıq Radiosu”nun Azərbaycan redaksiyasının direktoru vəzifəsində işləyib.