Agalarov və Leps Bakıda restoran açacaq » Memur.az

Agalarov və Leps Bakıda restoran açacaq

Agalarov və Leps Bakıda restoran açacaq“Crocus Group”un vitse-prezidenti Emin Agalarov və müğənni Qriqori Leps Bakı, Sankt- Peterburq və Kazanda restoranlar şəbəkəsi aça bilərlər.

Bu barədə Emin Agalarov açıqlama verib:

“Qriqori Lepslə “Bir qədəh şərab” konsepsiyasını genişləndirməyi planlayırıq. Biz Piter, Kazan və Bakı kimi böyük şəhərlərdə restoran açmaq istəyirik”.

Rambler-in məlumatına görə, Qriqori Leps də bu informasiyanı təsdiqləyərək bildirib ki, başqa şəhərlərdəki işi nəzarətdə saxlamaq çətin olduğuna görə, ola bilsin ki, bu restoranlar franşiz qaydası ilə açılsın.

Agalarov və Lepsə məxsus “Bir qədəh şərab” restoranı 2017-ci ildə Moskvada açılıb. Daha sonra onlar “Lesnoy” adlı ikinci restoranı açıblar.