Milli Konservatoriyada Arif Babayevin 80 illik yubileyi qeyd ediləcək » Memur.az

Milli Konservatoriyada Arif Babayevin 80 illik yubileyi qeyd ediləcək

Milli Konservatoriyada Arif Babayevin 80 illik yubileyi qeyd ediləcəkBakı, 17 fevral, AZƏRTAC

Fevralın 20-də Azərbaycan Milli Konservatoriyasında (AMK) Xalq Artisti, professor Arif Babayevin 80 illiyinə həsr edilən yubiley gecəsi keçiriləcək.

AMK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə görkəmli vokal, muğam və instrumental ifaçıların təqdimatında geniş konsert proqramı təqdim ediləcək. Gecədə, həmçinin sənətkarın muğam sənətinin inkişafındakı xidmətlərindən danışılacaq.

Memur.az