Anasının məzarında dəfn edildi » Memur.az

Anasının məzarında dəfn edildi

Anasının məzarında dəfn edildiHər uğurda ilk addımı atan insanlar gördüyü işin tarixini yazan adamlardır. 70-80-ci illərin böyük mədəniyyət uğurlarından biri qadınlardan idarət ansamblların yaradılması istiqamətində atılan addımlar idi.

Tanınan tarzən Ceyran Haşımovanın rəhbərlik etdiyi "Lalə" qızlar ansamblı belə tarix yazan qruplardan sayılır. Zamanla hər şey dəyişdi. Ancaq həmin ansamblın üzvləri əfsanə, tarix yazan insanlar olaraq qaldılar. Martın 20-də ansamblda solo-nağara ifaçısı Esmira Cəfərzadə uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib. 1953-cü ildə Bakının Dağlı məhəlləsində anadan olan Esmira Cəfərzadə "Lalə" qızlar ansamblının üzvü olmaqla yanaşı, həm də Azərbaycanda ilk solo-nağara ifaçısı olan qadınlardan biridir.

Dəhşətli olan bir ifaçının dünyasını dəyişməsi deyil.

Memur.Az bildirir ki, onun yaxınlarının bizimyol.info-ya verdiyi məlumata görə, Esmira Cəfərzadənin ailəsi və övladı olmayıb. O, qardaşının ailəsi ilə birgə yaşayıb. Ailənin bütün vəsaiti onun müalicəsinə sərf edildiyindən Esmira Cəfərzadəni Yasamal qəbristanlığında dəfn etmək üçün yer ala bilməyiblər. Ailənin məlumatına görə, məcburiyyət qarşısında qaldıqları üçün Esmira Cəfərzadənin anasının Yasamal qəbristanlığındakı məzarı ailənin razılığı ilə açılıb və ifaçı xanım anasını uyuduğu qəbirdə, onun üstündə torpağa tapşırılıb.