İlham Əliyev Mixalkovu mükafatlandırdı » Memur.az

İlham Əliyev Mixalkovu mükafatlandırdı

İlham Əliyev Mixalkovu mükafatlandırdı

Prezident sərəncam imzaladı.

Azərbaycan Prezidenti İlham Əliyev məşhur Rusiya rejissoru Nikita Mixalkovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Memur.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafında xüsusi xidmətlərinə görə Nikita Sergeyeviç Mixalkov “Dostluq” ordeni ilə təltif edilsin”.