Ötən il Azərbaycanda üç xarici film çəkilib
medeniyyet
Dünən, 11:12
7

“Report” xəbər verir ki, bu barədə “Cinema Talks”da Azərbaycan Respublikasının Kino Agentliyinin əməkdaşı Sabina Bağırova məlumat verib.
Onun sözlərinə görə, filmlərdən ikisi “Netflix”, biri isə “Amazon Prime” şirkətinə məxsus olub: “Həmçinin, ötən il ərzində Azərbaycanda xarici film şirkətləri tərəfindən 8 reklam/musiqi çarxı, 2 televiziya verilişi çəkilib”.
S.Bağırova qeyd edib ki, 2023-2024-cü illərdə Azərbaycana xarici film şirkətləri tərəfindən 10 milyon dollar investisiya yatırılıb.