Azərbaycanda Ramazan bayramı münasibətilə namaz qılınıb - YENİLƏNİB
medeniyyet
10-04-2024, 13:20
160

“Report” xəbər verir ki, bayram namazı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə qılınıb.
Bu il Azərbaycanda Ramazan ayı martın 11-də başlayıb. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprelin 10-u və 11-i Azərbaycanda Ramazan bayramı qeyd edilir.
08:41
Azərbaycanda Ramazan bayramı qeyd olunur. Bu münasibətlə ölkədə fəaliyyət göstərən bütün məscidlərdə bayram namazı qılınır.
Memur.Az xəbər verir ki, Bakının əsas məscidlərindən biri sayılan Heydər məscidində bayram namazı saat 8:30-da, axund Rüfət Qarayevin rəhbərliyi ilə qılınıb.
Qeyd edək ki, bayram namazı İmam Əli və Heydər məscidləri istisna olmaqla digər məscidlərdə saat 09:00-da qılınacaq.
08:34
Bakıda Ramazan bayramı münasibəti ilə namaz qılınıb.
Oxu.Az xəbər verir ki, Əjdərbəy məscidində bayram namazı saat 8:00-da Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti hacı Salman Musayevin rəhbərliyi ilə qılınıb.