ABŞ liderindən proqnoz: Bəşər tarixinin ən yüksək ÜDM səviyyəsi əldə olunacaq » Memur.az

ABŞ liderindən proqnoz: Bəşər tarixinin ən yüksək ÜDM səviyyəsi əldə olunacaq

ABŞ liderindən proqnoz: Bəşər tarixinin ən yüksək ÜDM səviyyəsi əldə olunacaqABŞ-da 2020-ci ilin üçüncü rübündə bəşər tarixinin ən yüksək Ümumi Daxili Məhsul (ÜDM) səviyyəsinin əldə olunacağı gözlənilir.

Bu barədə ABŞ Prezidenti Donald Tramp “The Washington Times” qəzetinə müsahibəsində danışıb.

Tramp ABŞ iqtisadiyyatının tezliklə bərpasına ümid etdiyini deyib. O bildirib ki, hazırda ABŞ-da iş yerlərinin sayı və müxtəlif satış həcmləri artır.

ABŞ prezidenti tezliklə ölkədə tarixin ən yüksək ÜDM səviyyəsinin qeydə alınacağını qeyd edib.