Ordu üçün toplanan vəsaitin məbləği açıqlandı » Memur.az

Ordu üçün toplanan vəsaitin məbləği açıqlandı

Ordu üçün toplanan vəsaitin məbləği açıqlandıİyunun 1-dək Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrin Yardım Fonduna cari il iyunun 1-dək 110 847 750,32 AZN, 213 577,88 ABŞ dolları, 17 566,0 avro və 5000,0 rubl vəsait daxil olub.