Azərbaycanın bank sektorunda artım müşahidə edilir » Memur.az

Azərbaycanın bank sektorunda artım müşahidə edilir

Azərbaycanın bank sektorunda artım müşahidə edilirBu il oktyabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 31 milyon 363 min 3 yüz manat təşkil edib.

Bu barədə Oxu.Az-a Maliyyə Bazarlarına Nəzarət Palatasından məlumat verilib.

Məlumatda qeyd edilib ki, cari ilin göstəriciləri ötən ilin oktyabr ayının 1-i ilə müqayisədə 7,4% çoxdur.

Son bir ildə sektorun kredit portfeli 20,8% genişlənib, kreditlərin aktivlərdəki payı isə 35,1%-dən 39,5%-ə yüksəlib. Bank aktivlərinin 12 milyon 383 min 9 yüz manatını müştərilərə verilmiş kreditlər təşkil edib.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 6,3% artaraq, 26 milyon 674 min 8 yüz manata, o cümlədən depozit portfeli 9,9% artaraq 20 milyon 62 min 6 yüz manata çatıb. Bunun 8 milyon 491 min 3 yüz manatı fiziki, 11 milyon 571 min 3 yüz manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 4,6%, şirkətlərin banklardakı vəsaitləri isə 14,2% artıb.

Son bir ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 60,7% azalaraq 160 milyon 800 min manata düşüb.

Sektorun balans kapitalı isə 14% artaraq 4 milyon 688 min 5 yüz manata çatıb.