Elmar Məmmədyarov Con Boltonla regiondakı vəziyyəti müzakirə edib » Memur.az

Elmar Məmmədyarov Con Boltonla regiondakı vəziyyəti müzakirə edib

Elmar Məmmədyarov Con Boltonla regiondakı vəziyyəti müzakirə edibXarici işlər naziri Elmar Məmmədyarov Vaşinqtona səfəri çərçivəsində ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonla görüşüb.

Bu barədə XİN-in mətbuat katibi Leyla Abdullayeva öz “Twitter” səhifəsində yazıb.

Məlumata görə, görüş zamanı intensiv məsləhətləşmələr, Ermənistan-Azərbaycan münaqişəsinin hazırkı vəziyyəti, substantiv əsasda danışıqların irəli aparılması yolları, regionda vəziyyət və bir sıra məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Elmar Məmmədyarov erməni həmkarı Zöhrab Mnatsakanyanla görüşmək üçün ABŞ-da səfərdədir. Görüş iyunun 20-də ABŞ paytaxtında ATƏT-in Minsk qrupunun həmsədrləri vasitəçiliyi ilə baş tutacaq.