Bir qrup erməni “Bank of America”dan 1,5 milyon dollar oğurlayıb » Memur.az

Bir qrup erməni “Bank of America”dan 1,5 milyon dollar oğurlayıb

Bir qrup erməni “Bank of America”dan 1,5 milyon dollar oğurlayıbLos-Anceles polisi bank fırıldaqçılığında ittiham edilən 8 ermənini saxlayıb. Cinayətkar dəstənin 9-cu üzvü isə özü könüllü təslim olub.

Bu barədə Ermənistanın news.am saytı ABŞ-ın Mühacirət və Gömrük Xidmətinin saytına istinadən xəbər yayıb.

Hüquq-mühafizə orqanları tərəfindən irəli sürülən ittihamnamədə qeyd edilir ki, müttəhimlər başqa bank hesablarına qəbzləri yazmaq üçün dəyişdirilmiş pasportlarda göstərilmiş saxta adlarla açılmış bank hesablarından istifadə ediblər.

Beləliklə, fırıldaqçılar "Bank of America"da 1,5 milyon dollardan çox pulu mənimsəmək üçün 331 erməni pasportundan istifadə ediblər.

Cinayət faktı ilə bağlı 48 yaşlı Ara Malhasyan, 38 yaşlı Smbat Xeçumyan, 45 yaşlı Sveta Xeçumyan (Smbatın bacısı və Malhasyanın arvadı), 30 yaşlı Arutyun Petrosyan, 34 yaşlı Artur Arutunyan, 38 yaşlı Xaçatur Çobanyan, 49 yaşlı Civan Ahnazaryan və 37 yaşlı Arman Qriqoryan həbs ediliblər.

Doqquz fırıldaqçının hər biri bank fırıldaqları məqsədilə cinayət əlbirliyində ittiham edilir. Onları ümumilikdə 30 il həbs cəzası gözləyir.