Trampın qərarı rublu “diriltdi” » Memur.az

Trampın qərarı rublu “diriltdi”

Trampın qərarı rublu “diriltdi”ABŞ prezidenti Donald Trampın Moskvaya qarşı yeni sanksiyaları müvəqqəti olaraq təxirə salması xəbəri, Rusiyada rublun məzənnəsinin canlanmasına yol açıb.

Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb

Valyuta bazarı Ağ Ev rəhbərinin göstərişinə operativ reaksiya göstərib.

Son məlumata görə, rubl dollara nisbətdə 50 qəpik bahalaşaraq, 61,55 rubl olub. Avroya nisbətdə isə 39 qəpik bahalaşıb və 76,16 rubl təşkil edib.

Memur.az