Hansı valyutanı almaq sərfəlidir? » Memur.az

Hansı valyutanı almaq sərfəlidir?

Hansı valyutanı almaq sərfəlidir?Son günlər bankların dollar satışını məhdudlaşdırması başqa valyutalardan istifadəni aktuallaşdırır. Xüsusilə yığım üçün hansı valyutanın əlverişli olması sual doğurur. Bu mövzuda ekspertin tövsiyyələrini dinləyək.

Memur.Az xezerxeber.com-a istinadən bildirir ki, bir müddətdir yaranan dollar qıtlığı digər xarici valyutalara tələbi artırır. İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, hazırda ən sərfəli alternativ valyuta avro hesab olunur.

Bankların dolların satışına qoyduğu məhdudiyyət xaricə səfər edən şəxslərin də işini çətinləşdirib. Ekspert bildirir ki, bu vaxt da manatı avroya çevirmək məqsədəuyğundur.

Digər qiymətli valyuta İngiltərə funt-sterlinqidir. Ancaq Böyük Britaniyanın Avropa İttifaqından ayrılma qərarından sonra bu valyutanın məzənnəsində azalmalar müşahidə edildiyindən funt-sterlinqdə vəsaitin saxlanılması tövsiyyə edilmir. Azərbaycanda qonşu ölkələrin valyutaları, o cümlədən, Türkiyə lirəsi və Rusiya rublunun satışı da aparılır. Lakin bu valyutalarda da yığım riskli hesab olunur.