Dollar kreditləri ilə bağlı qərar olacaq » Memur.az

Dollar kreditləri ilə bağlı qərar olacaq

Dollar kreditləri ilə bağlı qərar olacaqMaliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı Azərbaycanda dollar kreditlərinə güzəşt edilməsi məsələsinə münasibət bildirib

Fins.az-ın məlumatına görə, palata sədri deyib ki, bu məsələdə güzəşt edilməsi sosial ədalətin pozulması deməkdir: “Borclarını qaytarmaq istəməyən və qaytarmaq imkanında olmayan kateqoriyaları ayırmaq elə də asan deyil. Biz bu insanlara güzəşt etməklə onları mükafatlandırıq. Amma məsuliyyətli olub xarici valyutada kreditini qaytarmış insanları cəzalandırırıq. Onlar axı xarici valyutada götürdükləri krediti yeni məzənnə ilə qaytarıblar”.
Rüfət Aslanlı bildirib ki, dollar kreditləri ilə bağlı məsələlər banklar və müştərilər arasında qarşılıqlı razılaşma əsasında həll olunmalıdır: “Bu mənim subyektiv fikrimdir, amma biz təşkilat olaraq vəziyyəti təhlik edirik, o barədə qərarlarımız olacaq. Onu da deyim ki, bu gün banklar ata biləcəkləri pozitiv addımlar barədə ictimaiyyətə məlumatlamdırmağa qorxurlar, bir qədər ürkək davranırlar”.