“Kapital Bank” dolların satış kursunu azaltdı » Memur.az

“Kapital Bank” dolların satış kursunu azaltdı

“Kapital Bank” dolların satış kursunu azaltdı

Bank məlumat yaydı.

“Kapital Bank” ASC fevralın 19-dan etibarən ABŞ dollarının satışını Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) müəyyən etdiyi məzənnə ilə həyata keçirir.

Bu barədə Memur.Az-a bankın mətbuat xidmətindən xəbər verilib.

Məlumata əsasən, “Kapital Bank”ın filial və şöbələrində ABŞ dollarının satış məzənnəsinin maksimal həddi Mərkəzi Bankın ABŞ dolları üzrə açıqladığı rəsmi valyuta məzənnəsindən fərqlənməyəcək. Dəyişiklik dolların alış, habelə avro və digər xarici valyutaların alış və satış məzənnələrinə şamil olunmur.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin qərarı ilə nağd və qeyri-nağd mübadilə əməliyyatları zamanı milli valyutanın xarici valyutaya, habelə xarici valyutanın mübadilə məzənnəsi hədlərini həmin gün üçün AMB-nin rəsmi məzənnəsindən +/- 4% məbləğində (xarici valyutanın alış məzənnəsi rəsmi məzənnədən maksimum 4%-dək aşağı, satış məzənnəsi isə maksimum 4%-dək yuxarı) müəyyən edilib.