Ukrayna büdcəsinin yarısını Qərbin yardımı təşkil edib » Memur.az

Ukrayna büdcəsinin yarısını Qərbin yardımı təşkil edib

Ukrayna büdcəsinin yarısını Qərbin yardımı təşkil edibUkraynanın 2023-cü il büdcəsinin maliyyələşdirilməsinə daxil olan bütün vəsaitlərin demək olar ki, yarısı xaricdən alınıb.

Bu barədə Ali Radanın rəsmi “Telegram” kanalında məlumat yayılıb.

Parlamentin büdcə komitəsinin sədri Roksolana Pidlasın sözlərinə görə, 2023-cü ilin əvvəlindən Qərbin respublikaya büdcə yardımı 25,3 milyard dollar təşkil edib.
“İlin birinci yarısında xarici resurslar bütün ümumi fond daxilolmalarının 49,1 faizini təşkil edib”, - o, vurğulayıb.

Siyasətçi qeyd edib ki, bütün 2022-ci il ərzində Ukrayna analoji sxem üzrə 32,3 milyard dollar alıb ki, bunun da təxminən 12 milyard dolları ABŞ-nin töhfəsi olub.