Ukrayna büdcəsinin yarısını Qərbin yardımı təşkil edib

31-07-2023, 09:13

Ukrayna büdcəsinin yarısını Qərbin yardımı təşkil edibUkraynanın 2023-cü il büdcəsinin maliyyələşdirilməsinə daxil olan bütün vəsaitlərin demək olar ki, yarısı xaricdən alınıb.

Bu barədə Ali Radanın rəsmi “Telegram” kanalında məlumat yayılıb.

Parlamentin büdcə komitəsinin sədri Roksolana Pidlasın sözlərinə görə, 2023-cü ilin əvvəlindən Qərbin respublikaya büdcə yardımı 25,3 milyard dollar təşkil edib.
“İlin birinci yarısında xarici resurslar bütün ümumi fond daxilolmalarının 49,1 faizini təşkil edib”, - o, vurğulayıb.

Siyasətçi qeyd edib ki, bütün 2022-ci il ərzində Ukrayna analoji sxem üzrə 32,3 milyard dollar alıb ki, bunun da təxminən 12 milyard dolları ABŞ-nin töhfəsi olub.

Mənbə: https://memurtv.az/iqtisadiyyat/11723-ukrayna-budcesinin-yarisini-qerbin-yardimi-teshkil-edib.html