• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya

İnflyasiya faizi 13,5-dir, yoxsa daha çox? Bizi nələr gözləyir?

İqtisadiyyat

12-06-2023, 10:23

İnflyasiya faizi 13,5-dir, yoxsa daha çox? Bizi nələr gözləyir?Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında belə bir fikir səsləndirilib ki, inflyasiya rəqəmləri statistikada olduğundan daha yüksəkdir. Süni qiymət artımına toxunularaq vurğulanıb ki, inflyasiyanın 13,9 faiz olduğunu deyirik, amma statistikaya baxırıq ki, təkcə dərman vasitələrində bu rəqəm 40 faizdir. Bir sahə üzrə faizin bu qədər yüksək olması, ümumi inflyasiya üzrə rəqəmlərin daha yüksək olduğunu deməyə əsas verir.

Bəs əslində iclasda söylənilənlər doğrudur, yoxsa statistikanın açıqladığı rəqəmlər? İnflyasiya rəqəmləri necə hesablanır? Hazırkı inflyasiya rəqəmləri ilə bizi nələr gözləyir?

İqtisadçı Xalid Kərimli Oxu.az-a açıqlamasında deyib ki, inflyasiya rəqəmləri realdır və düzgün şəkildə hesablanır:“İstehlak indeksi qiymətlərinə baxdıqda yanvar və aprel aylarında 13,5 faiz inflyasiyanı görə bilərik. Ölkədə doğrudan da inflyasiya yüksəkdir. Ərzaq qiymətlərində isə bu daha yüksəkdir. Məsələn bu ilin 4 ayında ərzaq qiymətlərinin inflyasiyası, ümumi inflyasiyanı üstələyib. Ərzaq qiymətlərindəki inflyasiya 16,6 faizdir. Deputatın və ya hansısa şəxsin rəqəmlərin yalan olmasını güman etməsi, hansısa məhsul qrupunu və ya aldığı dərman qrupu üzrə bunu qiymətin bahalaşması kimi elan etməsi bir qədər yanlışdır. Çünki inflyasiyanın hesablanmasının ciddi metodologiyası var. Bu metodologiya da xarici təcrübəyə əsaslanır”.

İqtisadçı, həmçinin inflyasiya qiymətlərinin hesablanması qaydasını da ətraflı şəkildə izah edib:

“İstehlak qiymətləri indeksinin tərifi alıcının aldığı məhsullar və istifadə etdiyi xidmətlərin qeydə alınmış məcmu dəyərinin ümumi dəyişməsidir. Burada bir məhsuldan söhbət getmir. Hansısa məhsulda daha sürətli inflyasiya müşahidə edilməsi də mümkündür. Azərbaycanda istehlak qiymətləri indeksi hesablananda 528 mal və xidmətin dəyəri hesablanır. Onun 151-i ərzaqdır, 274-ü qeyri-ərzaqdır, 103-ü isə xidmət sahəsidir. Burada insanların illik istehlak normaları götürülür.

Bunun üçün 2019-cu ildə çəkilər müəyyənləşdirilib ki, əhalinin istehlak xərcləri ilə əlaqədar hansı məhsuldan nə qədər istehlak edilib ona baxılsın. İstehlak normaları götürülür və həmin normalara görə keçən ilin bu vaxtı sərf edilən və bu il normaya uyğun olaraq çəkilən xərcə baxılır. Bunu 5283 ticarət məntəqəsi üzrə 500 mindən çox məhsul əsasında müşahidə edirlər. Bundan sonra məlumatlar hesablanır”.
Ekspertin sözlərinə görə, Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumatlar kifayət qədər əhatəlidir:

“Bu məlumatlar beynəlxalq metodologiyaya uyğundur və əsas kimi götürülə bilər. Hansısa məhsulu və ya məhsul qrupunu götürüb inflyasiya haqqında təsəvvür formalaşdıra bilmərik. 2000-ci illərdə Dövlət Statistika Komitəsinin məlumatları şübhə yaradırdı, ona görə bəzi qeyri-hökumət təşkilatları bir neçə il alternativ inflyasiya hesablamaları aparırdılar. Sonradan bu qənaətə gəldilər ki, verilən statistika kifayət qədər etibarlı informasiyadır”.

İqtisadçının fikrincə, gələn ildən inflyasiya birrəqəmli olacaq:

“İnflyasiyanın azalacağı proqnozlaşdırılır. Mərkəzi Bank ilin əvvəlində dedi ki, inflyasiya 7,9 faizə düşəcək. Amma bu günlərdə Mərkəzi Bank sədri elan etdi ki, yenidən hesablayıblar və indi inflyasiyanı 8,3 faiz gözləyirlər. İndiki 13,5-dən bir neçə faiz aşağı düşərək birrəqəmli olacaq. Hökumətin gözləntiləri budur. Qlobal miqyasda qiymətlərin düşməsi də inflyasiyanı aşağı salır. Pandemiyadan, Rusiya-Ukrayna müharibəsindən sonrakı qiymət artımı dönəmini geridə qoymuşuq. Gələn ildən inflyasiyanın hətta 6 faizə qədər düşəcəyi də gözlənilir. Mərkəzi Bankın məqsədi də inflyasiyanın 4 faiz civarında olmasıdır”.

X.Kərimli sonda qeyd edib ki, əhalinin inflyasiyadan əziyyət çəkməməsi üçün müəyyən addımların atılması vacibdir:

“Ötən il 22, bu il 17 faiz ərzaq inflyasiyası olub. Bu çox ciddi bir rəqəmdir. İnflyasiya əhalinin gəlirlərinin artımını üstələdiyinə görə insanların real alıcılıq qabiliyyəti də aşağı düşür. İnflyasiya xüsusən də əhalinin fiksasiya edilmiş gəlirli təbəqəsinə ciddi təsir göstərir. Sosial cəhətdən aşağı gəlirli təbəqələrə də mənfi təsiri danılmazdır. Hökumət həmin təbəqənin gəlirlərinin kompensasiyası haqqında düşünməlidir. Bunu minimum əməkhaqqının, pensiyaların artırılması şəklində etməlidir. Yəqin ki, bunu da növbəti ilin əvvəlindən etməyə hazırlaşarlar”.

Paylaş:
Digər xəbərlər

Sosial

3-01-2023, 15:22

Türkiyədə inflyasiya səviyyəsi açıqlandı

Hadisə
Qazaxıstanın Nəqliyyat Nazirliyi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir
Bakıda evdə yanğın olub, mənzil sahibinin meyiti aşkarlanıb
Bakıda silahlı İNSİDENT: Ölən və yaralanan VAR
SON DƏQİQƏ: Türkiyəyə məxsus neft tankeri DRONLA VURULDU
Sumqayıt şəhərində tonqalda baş berən partlayış zamanı xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-3
TƏCİLİ! Xəzər dənizindəki İran gəmiləri vuruldu
Cəmiyyət
Dünən, 10:29
AZAL Naxçıvan reyslərini yenidən bərpa edib
21-05-2026, 11:52
DİM: Qabiliyyət imtahanlarına qeydiyyat başlanır
20-05-2026, 15:53
Bakıdan Tbilisiyə qatarla 81 manata getmək mümkün olacaq
15-05-2026, 10:14
Bakı metrosu WUF13 günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək
14-05-2026, 14:41
ADY Qurban bayramı ilə əlaqədar Gəncə–Mingəçevir-Gəncə reysi təşkil edir
13-05-2026, 10:33
Bazar günü keçiriləcək imtahanlarda sağlamlıq imkanları məhdud 42 şagird iştirak edəcək
Son xəbərlər
  • Dünən, 15:11
    Mirziyoyev və Putin strateji tərəfdaşlıq məsələlərini müzakirə ediblər
  • Dünən, 10:34
    Bahar Muradova: Azərbaycan qadınların şəhərsalma proseslərində iştirakını dəstəkləməyə hazırdır
  • Dünən, 10:33
    Heydər Əliyev Mərkəzində perulu rəssamın fərdi sərgisinin açılışı olub
  • Dünən, 10:32
    Mərkəzi Bank ilə "Deutsche Bank" arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
  • Dünən, 10:31
    Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
  • Dünən, 10:30
    Vüqar Süleymanov: Minatəmizləmə bərpa və yenidənqurmanın əsas təməlidir
  • Dünən, 10:29
    ANAMA rəhbəri: Azad olunmuş ərazilərdə 270 min hektardan çox sahə minalardan təmizlənib
  • Dünən, 10:29
    AZAL Naxçıvan reyslərini yenidən bərpa edib
  • 21-05-2026, 18:28
    VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI KƏLBƏCƏRƏ USTA KİMİ APRILIB ALDADILDI- “A-KOND 1” ŞİRKƏTİ ONLARIN PULLARINI VERMİR-İDDİA
  • 21-05-2026, 12:28
    Emilia Saiz: "Kollektiv liderlikdə işi faktiki görən insanlar çatışmır"
  • 21-05-2026, 12:24
    Ucar Rayon Mərkəzi Xəstəxanasında yeni Hemodializ şöbəsinin açılışı olub
  • 21-05-2026, 11:52
    DİM: Qabiliyyət imtahanlarına qeydiyyat başlanır
  • 21-05-2026, 11:52
    Yelena Şulyak: Ukraynadakı münaqişənin dörd ili ərzində mənzil fondunun 14 %-dən çoxu məhv edilib
  • 21-05-2026, 11:50
    Azərbaycan Səudiyyə Ərəbistanı ilə enerji sektorunda əməkdaşlığı genişləndirəcək
  • 21-05-2026, 11:50
    Nazir: "Fələstin Qəzzanın bərpası üçün Azərbaycanın təcrübəsindən istifadə etmək niyyətindədir" - EKSKLÜZİV
  • 21-05-2026, 11:49
    Emin Hüseynov: Bu il daha 30 min nəfərin doğma yurdlarına qayıtması əsas hədəfimizdir
  • 21-05-2026, 11:48
    Donald Tramp: Ərdoğan sərt adamdır
  • 21-05-2026, 11:47
    Macarıstanda Konstitusiya dəyişir: Baş nazir iki dəfə seçilə biləcək
  • 21-05-2026, 11:46
    Pezeşkian: İran müharibənin qarşısını almaq üçün bütün mümkün yolları araşdırıb
  • 21-05-2026, 11:27
    Ağdam şəhəri və Cəbrayılın Şükürbəyli kəndinin sakinləri mina təhlükəsizliyi ilə bağlı maarifləndiriliblər
  • 21-05-2026, 11:26
    "AzerGold" QSC-nin İdarə Heyətinin sədri ilə Esvatini Kralı arasında görüş keçirilib
  • 20-05-2026, 15:53
    Bakıdan Tbilisiyə qatarla 81 manata getmək mümkün olacaq
  • 20-05-2026, 13:05
    MEDİA-da D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi ilə ikitərəfli görüş keçirilib
  • 20-05-2026, 13:04
    Azərbaycanın stolüstü tennisçiləri Tacikistanda "Prezident Kuboku"nda iştirak edəcəklər
  • 20-05-2026, 13:03
    Şamil Ayrım: "Bir millət, iki dövlət" anlayışı ilə qardaşlığımızı gücləndirməyə davam edəcəyik
  • 20-05-2026, 13:03
    Mikayıl Cabbarov: "Qanunsuz tikililərə sadə amnistiyanın tətbiqi əlavə risklər yarada bilər"
  • 20-05-2026, 13:02
    Azərbaycan XİN Kamerunu Milli Günü münasibətilə təbrik edib
  • 20-05-2026, 13:02
    Putin və Si Cinpin strateji tərəfdaşlığın inkişafına dair birgə sənədlər imzalayıblar
  • 19-05-2026, 14:40
    İlham Əliyev Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədrini qəbul edib
  • 19-05-2026, 10:56
    Elçin Yusubov: Ağdam-Şuşa avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir
  • 19-05-2026, 10:54
    Vəkillər Kollegiyasının nümayəndə heyəti Qarabağ Universitetində olub
  • 19-05-2026, 10:53
    Azərbaycan və Slovakiya biznes əlaqələrinin gücləndirilməsini müzakirə edib
  • 19-05-2026, 10:10
    Kamran Əliyev Qaradağ rayonunda vətəndaşları qəbul edəcək
  • 19-05-2026, 10:08
    Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa olunur
  • 19-05-2026, 10:07
    Prezident: Biz bu günədək şəhər və kəndlərin sıfırdan qurulması ilə bağlı misilsiz təcrübə formalaşdırmışıq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Amil Əliyev
  • Tel: (+99450) 227 24 22
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
Müəllif hüquqları qorunur. Memur.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Yükləmə gedir gözləyin...