Tarix : 12-10-2021, 09:18 | Bölmə: idman

Mahir Emreli koronavirusa yoluxduDünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 12-də Belqrad şəhərində Serbiya millisi ilə qarşılaşacaq Azərbaycan milli komandasının üzvü Mahir Emrelinin oyunöncəsi COVID-19 testi pozitiv nəticələnib.

Bununla bağlı AFFA məlumat yayıb.

UEFA-nın tətbiq etdiyi tibbi protokola uyğun olaraq, Mahir Emreli Serbiya - Azərbaycan oyununda iştirak edə bilməyəcək.

Qeyd edək ki, Serbiya - Azərbaycan oyunu bu gün Bakı vaxtı ilə 22:45-də start götürəcək.

Oxşar xəbərlər